Icma.az
close
up
RU
Tanınmış alimin həyat yoldaşı həbs edildi İnam Kərimova MÜRACİƏT

Tanınmış alimin həyat yoldaşı həbs edildi İnam Kərimova MÜRACİƏT

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Tanınmış alim, Təhsil İnstitutunun Əlavə təhsilin məzmunu şöbəsinin keçmiş müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova Ali Məhkəmənin sədri İnam Kərimov və baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.

News24.az yenicag.az-a istinadən xəbər verir ki, Könül Nəhmətova həyat yoldaşının şərlənərək həbs edildiyini bildirib.

“Mən Sizə bir Azərbaycan qadını, jurnalist, pedaqoq, elm və təhsil işçisi, üç övlad anası kimi müraciət edərək kimlərinsə sifarişi ilə, heç bir sübut olmadan külli miqdarda psixotrop maddə olan metamfetamini satma ittihamı ilə şərlənərək tutulan, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə barəsində AR CM-nin 234.4.3 maddəsi ilə olan cinayət işinə baxılan Nəhmətov Azad Adil oğlunun həyat yoldaşı kimi müraciət edərək onun barəsində olan qurama cinayət işini nəzarətə götürmənizi və iş üzrə ədalətli, obyektiv qərar qəbul edilməsini təmin etmənizi xahiş edirəm”, – deyə bildirən alimin sözlərinə görə, həyat yoldaşı Azad imanlı bir şəxs olmaqla heç bir vaxt spirtli içki içməmiş, dərdi olmadıqca, hətta siqaret belə çəkməmişdir ki, nəinki narkotik vasitədən istifadə etsin, ya da kimə isə satsın:

“O, nümunəvi bir valideyn kimi həm öz övladlarının, həm də ahıl, xəstə ata və anasının qayğısını çəkən, ailəsi üçün yaşayan bir şəxsdir. Onun hər hansı bir zərərli vərdişi belə olsaydı, ən azından mənim xəbərim olardı. Bu günə kimi onun nə üçün şərlənib tutulması bizim ailəmiz üçün bir müəamma olaraq qalır.

Məhkəmə baxışının gedişində müqavilə əsasında tutduğumuz vəkil 03.10.2024-cü il tarixdə Nəhmətov Azad Adil oğlu ilə saxlandığı BİT-də görüşərkən Azad vəkilinə ona verilən ittihamın tamamilə saxta olmaqla metamfetamini Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən tutulub bölməyə gətiriləndən sonra üzərində axtarış aparılmazdan əvvəl üzərinə qoyulduğunu, ittiham aktında yazılanların işin həqiqi hallarına zidd olmaqla həqiqəti əks etdirmədiyini, istintaq zamanı onun adından yazılan ifadələri, o cümlədən üzərində aparılan şəxsi axtarışı əks etdirən protokolu 6-cı PB-nin rəisi Cövdət və əməliyyat müvəkkili Vüqar Cavadov tərəfindən ona edilən psixoloji təzyiq və 85 yaşlı xəstə atası Adilin yaşadığı evdə axtarış aparılıb odlu silah tapacaqları hədə-qorxusu altında imzalamağa məcbur olduğunu demişdir.

O həmçinin istintaq zamanı qorxusundan heç bir şikayət etməmiş, məhkəmə baxışında həqiqəti söyləyib bəraət alacağını düşünmüş və məhkəmədə heç bir cinayət əməli törətməməsini, üzərindən tapılması qeyd olunan metamfetamini 6-cı PB-də üzərinə qoyulduqdan sonra müdafiəçinin iştirakı olmadan 28 fevral 2024-cü il tarixdə saat 15:30-da deyil, saat 21 radələrində üzərində axtarış aparıldığını, onun tutulmasında və saat 15:30-da üzərində axtarış aparılmasında iştirak etməsi göstərilən sahə müvəkkili Nəsimi Əliyevi saat 21 radələrində üzərində faktiki olaraq axtarış aparılanda gördüyünü, müdafiəçini görmədiyini, müdafiəçinin ona təqdim edilməməsini, müdafiəçinin iştirakı ilə heç bir sənədə imza etmədiyini, həmin sənədləri sonradan ona təklikdə imza etdirdiklərini, hətta istintaqın başa çatmasında da müdafiəçinin iştirak etmədiyini, cinayət işinin materialları ilə nə təklikdə, nə də müdafiəçi ilə birlikdə  tanış olmadığını, müstəntiqin ona, sadəcə, sənədləri imza etdirdiyini bildirmişdir”.

Könül Nəhmətova qeyd edib ki, müdafiəçinin mobil telefonlara dair çıxarışların anten məlumatları da göstərilməklə alınması barədə vəsatəti əsassız olaraq təmin edilməyib:

“Hörmətli İnam müəllim, həyat yoldaşım Azad Nəhmətovun barəsində olan cinayət işində o qədər kobud qanun pozuntularına yol verilib ki, saymaqla bitməz. Ona görə də bir daha Sizdən onun barəsində olan cinayət işini öz nəzarətinizə götürmənizi, vəkilimizin verdiyi vəsatətlərin təmin edilməsini və sonda obyektiv və ədalətli hökm çıxarılmasını təmin etmənizi xahiş edirəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 Mart 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri