Icma.az
close
up
RU
Məşhur vəkildən İnam Kərimova müraciət ÖLKƏDƏKİ ƏKSƏR HAKİMLƏR...

Məşhur vəkildən İnam Kərimova müraciət ÖLKƏDƏKİ ƏKSƏR HAKİMLƏR...

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Azərbaycanın tanınmış vəkili Aslan İsmayılov  Ali Məhkəmənin, Məhkəmə Hüquq-Şurasının sədri İnam Kərimova müraciət edib.

Gununsesi.info-nun xəbərinə görə, “Azərbaycanda hüquqi dövlət quruculuğunu arzulayan hər kəsdən bu müraciəti paylaşmalarını xahiş edirəm” deyə Aslan İsmayılov bunu yazıb.

“Sizə ünvanlanmış bu müraciətim tək bir vəkilin müqavilə əsasında apardığı işlər zamanı gördükləri qanunsuzluqlarla bağlı deyil. Bu müraciətdə sadaladığım konkret işlərdə gördüklərim qanunsuzluqlar bütün ölkə boyu geniş yayılıb, insanlarda artıq kütləvi narazılıq doğurur və əminəm ki, bu cür davam edərsə çox acı nəticələrə gətirib çıxara bilər. Buradan bir daha təkrar edirəm ki, İmişlidə baş vermiş bəzi vətəndaşların qanunsuz əməlləri ilə müşayiət olunan kütləvi narazılıqlar bir avtonəqliyyat hadisəsi zamanı baş vermiş faciə ilə bağlı deyildi. Baş vermiş hadisə vətəndaşların hər gün məhkəmələrdə, hüquq-mühafizə orqanlarının hərəkətlərində gördükləri qanunsuzluqlara, özbaşnalıqlara, geniş yayılmış, bütün hədləri aşmış korrupsiya hallarına etirazı idi. Belə davam edərsə bu cür halların təkrarlanmasını istisna etmirəm. 44 günlük Vətən Müharibəsindən sonra sadaladığım halların baş verməsi yolverilməzdir, çünki bu vətəndaşlarımızda olan vətən sevgisinə zərər yetirməklə bərabər hakimiyyətə olan inama da ciddi xələl gətirir. Bu isə bu gün ölkəmiz ətrafında baş verən prosesləri nəzərə alsaq çox təhlükəlidir.

Hörmətli İnam müəllim!

Asan Xidmətdə nail olduqlarınız mənim kimi bir çoxlarında məhkəmə sistemində olan biabırçılıqlara son qoyacağınıza böyük ümid yaratdı və çoxlarımız uzun müddət məhkəmə sistemində baş verən qanunsuzluqlara müvəqqəti də olsa susduq. Çox təəssüf edirəm ki, bu gün artıq baş verən biabırçılıqlara susmaq mümkün deyil. Qısa da olsa bəzi xarakterik halları diqqətinizə çatdırıram.

– İstisnasız bütün məhkəmələrdə işlərə baxış təyin oldunduğu vaxtdan saatlarla gec başlayır, prosesə gəlmiş vəkillər saatlarla zalda gözləməli olurlar və nəticədə iştirak edəcəkləri məhkəmə proseslərinə çatmırlar. Bu halın işin çoxluğu ilə əsaslandırılması doğru deyil, çünki əksər hallarda, xüsusən rayon məhkəmələrində işlər 10-15 dəqiqə fasilələrlə təyin edilir. Bəllidir ki, heç hazırlıq iclasını da 10-15 dəqiqəyə başlayıb yekunlaşdırmaq mümkün deyil. Əksər hallarda işin mahiyyəti ilə baxışları da bu qaydada təyin edilir.

– Hakimlərin əksəriyyəti işə hazırlıq mərhələsini lazımi qaydada qurmurlar, prosesə gələcək şahidlər, zərərçəkənlər lazımi qaydada əvvəlcədən xəbərdar olunmurlar. Bir çox işlər sadəcə baxılması mümkün olmadığı halda da təyin edilirlər.

– Bəzi hallarda hakimlər vəkilləri “doğma”larına və “ögey”lərinə bölürlər (bu bölgü də bəzi vəkillərin hakimlərlə sıx əlaqələrinin olub-olmamasından asılıdır). “Doğma”ların yersiz hərəkətlərinə, kobudluğuna, qarşı tərəfə hörmətsizlik göstərməsinə susur, “ögey”lərin isə işin bütün hallarını araşdırmağa yönəlmiş sualları verməyə belə imkan vermirlər.

– Çəkinmədən qeyd edirəm ki, işlərin uzanması bir çox hallarda korrupsiya maraqları ilə bağlıdır.

Yazdıqlarımın nə qədər doğru olub-olmamasını aşağıda qeyd edəcəyim, şəxsən iştirak etdiyim məhkəmə proseslərini yoxlamaqla müəyyən edə bilərsiniz. Xahiş edirəm, nəzərə alasınız ki, 1983-cü ildən hakim, məhkəmə sədri, prokuror, vəkil işləyirəm və məhkəmə prosesinin necə keçirilməsini ən azından pis bilmirəm. Qeyd edəcəyim hər 4 iş üzrə zərərçəkənləri müdafiə edirəm:

– 15.02.2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslər Nadir Əliyev və Alik Həsənovun Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə hazırlıq iclası keçirilib. İş üzrə cəmi 5 zərərçəkən və 6 şahid olub, heç bir əlavə ekspertiza, yaxud digər əlavə hərəkət keçirilməyib. Söhbət 3 dələduzluq epizodundan – 3 stadionun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının vəzifəli şəxsləri tərəfindən satılmasından gedir. İş üzrə 40 məhkəmə iclası keçirilib və 1 il 7 aydan sonra 23.09.2024-cü ildə hökm elan edilib. Ən maraqlısı isə iş üzrə çıxarılmış hökmdür. Törədilmiş cinayətlərə, elə məhkəmənin gəldiyi qənaətə görə, N.Əliyev başçılıq edib. A.Həsənov isə tək 1 stadionun satışında əlaqəli şəxs olub. İş üzrə 2 milyon 584 min manat ziyan dəyib, cəmi 100 min manat ödənilib və həmin ödənişi də A.Həsənov edib. N.Əliyev bir manat belə ödəməyib. Həmin maddə ilə cəza 10 ildən 14 ilə qədər nəzərdə tutulub. Məhkəmə hər iki şəxsə heç bir əsas olmadan ən aşağı həddə, yəni 7 il azadlıqdan məhrum etmə təyin edir və sonda cinayət işinə başçılıq edən, bir manat da ziyandan ödəməyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini N.Əliyevi məhkəmə zalından azad edib ona şərti cəza təyin edir, A.Həsənovu isə cəzaçəkmə müəssisəsinə göndərir. İndi çox istərdim ki, kimsə, bir balaca hüquqi təhsili olan demirəm, məntiqi və savadı olan şəxs bu cəza təyinatında əsas götürülən amili mənə izah etsin. Şəxsən mənə hər şey aydındır. Ancaq bunu səlahiyyət sahibi olanlar müəyyən edib tədbir görsələr daha yaxşı olar.

– 17.05.2024-cü ildə Bakı Ağır Cinayətlər məhkəməsində təqsirləndirilən şəxslər Şahin Hüseynov, Abbas Sadıqov və Mahir Sadıqovun 178.4-cü maddəsi ilə hazırlıq iclası keçirilib. İş üzrə cəmi 3 zərərçəkən və 3 qısa dələduzluq epizodu var. Bu günə qədər 13 iclas keçirilib, 3 təqsirkar dindirilib və 2 zərərçəkənin dindirilməsi davam edir. Növbəti iclas 14.02.2025-ci ilə təyin edilib. Bu cür balaca həcmli bir iş artıq 9 aydır ki, davam edir və məhkəmə prosesində baş verən biabırçılıqları, qanun pozuntularını görmək üçün bir neçə məhkəmə videogörüntüsünə baxmaq kifayətdir. Əminəm ki, heç bir müdaxilə olmasa sədrlik edən hakim Cavid Hüseynov bu işə təqaüdə çıxana kimi baxıb istədiyi hökmü elan edəcək.

– Məhz məhkəmə və digər hüquq-mühafizə orqanlarının korrupsiya əməllərinə görə müdafiə etdiyim Humay Hüseynovanın Nəsimi rayonunda 2010-cu ildə başlanmış əmlakın bölgü işinə cürbəcür instansiyalarda bu gün də baxılır. Tək bu işin analizi həmin sistemin nə qədər biabırçı vəziyyətdə olduğunu göstərir. Hal-hazırda Nəsimi rayon məhkəməsində Vəliyev Hüseyn Vəli oğlunun 186.1-ci maddəsi ilə işə baxılır. Bu işdə də zərərçəkmiş H.Hüseynovanı müdafiə edirəm. İşin fabulası ondan ibarətdir ki, zərərçəkənə çatacaq əmlak icra zamanı H.Vəliyev tərəfindən yararsız hala salınmaqla 20 min manatdan artıq ziyan vurulub. Əmlakın yararsız hala salınması video və fotoşəkillərlə təsdiq olunub. İş üzrə bir təqsirkar, bir zərərçəkən və 3 şahid var. Məhkəmə hökm elan etməsi üçün ancaq bu şəxslər dindirilməlidir. Bu günə qədər də heç bir əlavə hərəkət edilməyib. 15.10.2024-cü ildə hazırlıq iclası keçirilib. Bu günə qədər 9 iclas keçirilib və iş yenə 18 fevrala təyin edilib. Normalda bu iş uzaqbaşı 2 həftəyə və 2 iclasa yekunlaşmalı idi. Artıq 4 aydır ki, bu işin baxışı davam edir. Heç bir səbəb də yoxdur.

– Sonda Bakı Apellyasiya məhkəməsinin 29.12.2024-cü il qərarını diqqətinizə (sədrlik edən hakim Elmar Rəhimov) çatdırıram. Həmin qərarla 27.12.2024-cü il tarixdə Xətai rayon məhkəməsi tərəfindən haqqında qətimkan tədbiri seçilmiş Çin vətəndaşı V.Tianbao məhkəmə zalında həbsdən dərhal azad edilib. Söhbət Azərbaycan vətəndaşlarına qarşı 2 milyon manatdan artıq dələduzluq edib pullarını mənimsəmiş şəxs barəsində gedir. Bu işdə də zərərçəkəni müdafiə edirəm və qəbul edilmiş qərarı nə qədər istəsəm də heç cür izah edə bilmirəm. 10 min manat həcmində dələduzluq etmiş Azərbaycan vətəndaşları haqqında tələm-tələsik həbs qətimkan tədbiri seçən məhkəmə hər dəqiqə ölkədən qaçıb Çində gizlənə biləcək şəxsi necə azad edib? Bundan sonra hansı Azərbaycan dövlətinə qoyulacaq hörmətdən danışıla bilər?

Hörmətli İnam müəllim, bu yazım heç də ölkədə olan bütün korrupsiya və qanunsuzluqların başında məhkəmələrin durması anlamına gəlməməlidir. Çox yaxşı bilirəm ki, digər hüquq-mühafizə orqanlarında vəziyyət daha pisdir. Ancaq onu dəqiq bilirəm ki, ədalətli, qanuni məhkəmə olan yerdə digər orqanlar bu qədər qanunsuzluqlar heç vaxt edə bilməzlər! Ona görə də bir daha müraciət edib göstərdiyim konkret faktları araşdırmağınızı xahiş edirəm, çünki sadaladığım konkret faktlarla bağlı şəxsən Sizə yaxın, bu problemləri çatdıra biləcək bir neçə vəzifəli şəxslərə müraciət etsəm də, geri dönüş almadım və artıq bu qanunsuzluqları ictimailəşdirməkdən başqa heç bir həll yolu görmədim”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Fevral 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see287

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see140

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see132

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see131

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see127

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see123

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see123

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see122

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see121

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see119

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see118

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see118

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see118

Rüfətdən məhsuldar ötürmə

31 Avqust 2025 11:12see116

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116

Ayaks ın yetirməsi: Qarabağ a qarşı oyunun bizim üçün təhlükəli olduğunu düşünmürəm MÜSAHİBƏ

31 Avqust 2025 12:23see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri