Icma.az
close
up
RU
Siyəzəndə ər arvadına şiddət göstərdi: “İbadət edirəm, peşmanam”

Siyəzəndə ər arvadına şiddət göstərdi: “İbadət edirəm, peşmanam”

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Siyəzən rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 20-də rayonun kəndlərindən birində baş verib. 1987-ci il təvəllüdlü Ülvi həmin gün saat 18:00-da özünə məxsus olan fərdi yaşayış evində arvadı İnarə (adlar şərtidir – red.) ilə mübahisə edib. 
Aralarında şəxsi ailə münasibətləri səbəbindən yaranmış mübahisə zamanı o, zərərçəkmiş şəxs boyun nahiyəsindən bir neçə dəfə yumruqla və sol ayağından isə iki dəfə təpiklə zərbə vurub. 
Hadisəni törədən Ülvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, martın 20-də, axşam saatlarında yaşadıqları kənddə “Novruz” Bayramı”nı ailəsi ilə birgə qeyd edib, bir qədər sonra arvadı ilə aralarında mübahisə yaranıb:
“Bu zaman arvadımın boyun nahiyəsinə yumruqla, sol ayağına isə təpiklə zərbə vurdum. Hazırda arvadım ilə barışmışam və onunla birlikdə yaşayıram. Onu da qeyd edim ki, əvvəllər spirtli içki qəbul etsəm də, hazırda  ibadət edərək, pis vərdişimdən uzaq dururam. Odur ki, əməlimdən səmimi peşmançılıq hissi keçirməyim nəzərə alınsın”. 
İş üzrə zərərçəkmiş İnarənin sözlərinə görə, “Novruz Bayramı” günü yəni, martın 20-də, axşam saatlarında əri Ülvi yaşadıqları evə sərxoş vəziyyətdə gəlib: “Habelə bu zaman ərim ilə aramızda yaranmış mübahisə nəticəsində mənim boyun nahiyəmə və sol ayağıma zərbələr endirməklə, məni döydü. Bununla belə, hazırda ərimlə barışmışam. Ona qarşı heç bir şikayətim yoxdur”. 
O, həmçinin qeyd edib ki, təqsirləndirilən şəxs əvvəllər də sərxoş vəziyyətdə onu döysə də, hazırda bu pis vərdişindən uzaq duraraq ibadət edir: “Odur ki, ərimlə barışmışam. Ərim işləyərək birgə nikahdan doğulmuş iki yetkinlik yaşına çatmayan övladlarımın maddi tələbatlarını qarşılamasının nəzərə alınmasını, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini istəyirəm”. 
Bu cinayət işinə Siyəzən Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Sentyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri