Icma.az
close
up
RU
42 yaşlı kişi arvadına şiddət göstərdi

42 yaşlı kişi arvadına şiddət göstərdi

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Lənkəranda ər və arvad arasında yaşanan mübahisə sonda cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 24-də rayonun kəndlərindən birində baş verib. 1983-cü il təvəllüdlü Bəxtiyar həmin gün saat 22 radələrində arvadı Lamiyyə (adlar şərtidir red.) ilə mübahisə edib. 
Ər-arvadın arasında mübahisənin yaranan mübahisə dava-dalaşa çevrilib. Bu zaman Bəxtiyar arvadını şillə ilə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə 2003-cü ildən evlidir,  birgə nikahdan 2 övladı var: “Hadisə günü, saat 18 radələrində kənd sakini Xatın mənə zəng etdi və arvadım Lamiyyənin onun bacısı Cəmilə barəsində əxlaqsız sözlər işlətdiyini, Cəmilənin mənimlə münasibəti olduğunu yaymasını bildirdi. Həmin zaman arvadımı yığaraq harada olduğunu soruşdum. O, qardaşım Əlinin evində olduğunu dedi. Mən də ora getdim. Qardaşımın evində olan zaman arvadımla aramızda mübahisə baş verdi. Mübahisə zamanı arvadıma Cəmilə ilə heç bir əlaqəm olmadığını bildirdim. Lakin Lamiyyə məni təhqir etməyə başladı. Ailə üzvlərimi təhqir etdiyi üçün əsəbiləşdim və ona şillə ilə zərbələr vurdum. Lamiyyə əlini üzünə tutduğu üçün onun əl nahiyəsinə şillə vuraraq xəsarət yetirdim. Əli bizi ayıraraq sakitləşdirdi”.
İş üzrə zərərçəkmiş Lamiyyənin sözlərinə görə, həyat yoldaşı Bəxtiyarın kənd sakini Cəmilə ilə qeyri-rəsmi birlikdə yaşamasını eşidib: Cəmiləyə xəbər göndərərək ərimdən uzaq durmasını bildirdim. Həmin gün saat 19 radələrində azyaşlı uşaqlarım ilə birlikdə qaynım Əligilə qonaq getdim. Qaynımın evində olduğum zaman Bəxtiyar baş verənləri öyrənərək ora gəldi. O, Cəmilə ilə heç bir əlaqəsinin olmadığını, barəsində yalan danışdığımı bildirdi. Əsəbiləşərək onun ünvanına nalayiq ifadələr işlətdim. Ərim də üzərimə gələrək məni əli ilə vurmağa  başladı. Əlimi qabağa verərək özümü qorumaq istədim. Lakin əli ilə məni vuraraq bədən nahiyəmə xəsarət yetirdi. Ərim məni vurduqdan sonra oradan çıxdım və Lənkəran rayon mərkəzi xəstəxanasına getdim. Xəstəxanada mənə ilkin tibbi yardım göstərildi”. 
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən ərini bağışlayıb, ona qarşı olan şikayətini geri götürüb. 
Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Sentyabr 2025 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri