Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“Siz hamınız fələstinlilərin soyqırımına şəriksiniz“ “Yeni Şafak“

“Siz hamınız fələstinlilərin soyqırımına şəriksiniz“ “Yeni Şafak“

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"ABŞ İsrailin cəzasız qalmasını təmin etməyi öz borcu hesab edir..."

Avropa İttifaqı ölkələri, guya, Yaxın Şərqdə iki dövlət prinsipini dəstəkləyir, amma onun icrası üçün heç bir addım atmır. 

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" nəşri yazıb.

Soyqırım həddinə gəlib çatmasına baxmayaraq, İsrailə qarşı sanksiyalar tətbiq edilmir. Halbuki Rusiya məsələsində onlar növbəyə düzülüb, -  məqalədə qeyd edilir.

ABŞ prezidenti Trampın Qəzza ilə bağlı planı bir çox trampçı siyasətçilər tərəfindən əsrin tapıntısı kimi qəbul edilir. Bir neçə respublikaçı, ilk növbədə senator Rend Pol bu planı tənqid edir. Qalanları isə Trampın eşitmək istədiklərini söyləyir.

ABŞ Dövlət katibi Marko Rubio Trampın planını tərifləyərək bildirib: "Bizim məqsədimiz regiondakı bütün insanlar üçün uzunmüddətli sülhə nail olmaqdır". Ancaq "uzunmüddətli sülh" istəyənlər soyqırımı həyata keçirmək üçün İsrailə sursat ötürərmi? Fələstinlilər öz hüquqlarından məhrum edilərsə, belə bir sülhə nail olmaq mümkündürmü?

BMT-yə üzv olan ölkələrin əksəriyyəti Fələstin dövlətini tanıyır, lakin ABŞ bu məsələdə inadkarlıq göstərir. ABŞ-ın ardınca gedən Avropa ölkələri də eyni mövqedən çıxış edir. Avropa İttifaqı ölkələri, guya, iki dövlət prinsipini dəstəkləyir, amma onun icrası üçün heç bir addım atmır. Soyqırım həddinə çatmasına baxmayaraq, İsrailə qarşı sanksiyalar tətbiq edilmir. Sadəcə, qınamaqla kifayətlənir. Halbuki Rusiya məsələsində onlar bir-birinin ardınca sanksiyalar tətbiq edir.

Bir vaxtlar Avropa və Amerikadakı İsrail tərəfdarı olan siyasətçi və müəlliflər iddia edib ki, İsrail ərazi ekspansiyasına can atmır və "Böyük İsrail" layihəsi fələstinlilər və ərəblər tərəfindən uydurulmuş konspirasiya nəzəriyyəsidir. Onların fikrincə, iki dövlət prinsipinin qarşısındakı yeganə maneə fələstinlilərdir. Üstəlik, onların dediyinə görə, İsrail 1967-ci il müharibəsi zamanı işğal etdiyi torpaqlarda uzun müddət qalmaq niyyətində deyil və bu əraziləri sülh müqabilində fələstinlilərə qaytarmağa hazırdır.

Lakin bütün razılaşmalar, o cümlədən "Oslo" prosesi fələstinlilərin diqqətini yayındırmaq üçün olub. İsrail onilliklər boyu iki dövlət həll yolunu bombalarla məhv edib. Hazırda İsraildə bu formulun adını belə çəkmək qadağan olunmuş mövzuya çevrilib.

ABŞ və Avropanın dəstəyi ilə İsrail addım-addım ilhaq siyasətini irəlilədib. İordan çayının Qərb sahilindəki qeyri-qanuni yaşayış məntəqələrinin sayı ildən-ilə artır. ABŞ və Avropa İttifaqı ölkələri İsraili qeyri-qanuni məskunlaşma siyasətindən çəkindirmək üçün ciddi addımlar atmayıb. Nə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) verilən iddia, nə də BCM-in Binyamin Netanyahu və Yoav Qallantın həbsi üçün verdiyi order İsraili dayandıra bilməyib. Çünki İsrail nə edirsə etsin, ABŞ onu dəstəkləyir.

ABŞ İsrailin cəzasız qalmasını təmin etməyi öz borcu hesab edir. Avrpopa İttifaqının aparıcı ölkələri və Böyük Britaniya isə başlarını quma soxmağa davam edir, baxmayaraq ki, İsrail artıq 50 mindən çox insanı qətlə yetirib və onların 70 faizi qadınlar və uşaqlar olub.

Netanyahu və Qallant Roma Statutunu imzalayan Avropa ölkələrinə səfər etmir, lakin İsrail hökumətinin digər üzvləri üçün heç bir məhdudiyyət yoxdur. İsrail generalları Avropa paytaxtlarında sərbəst şəkildə hərəkət edə bilir. Hətta Netanyahunun Avropaya səfəri halında onların hansı mövqeni tutacağı da qeyri-müəyyəndir. Aydındır ki, onlar maskaların düşməsini istəmir və pərdəarxasında İsrail baş nazirindən gəlməməsini xahiş edəcək.

İkinci Dünya müharibəsindən sonra Almaniya və Yaponiyada hərbi cinayətləri araşdırmaq üçün tribunallar yaradılıb. Bu qurumların hərbi cinayətkarları hansı əsaslarla mühakimə etdiyi məlumdur. Yaponiyadan bir nümunə gətirim: Filippində Yapon ordusuna komandanlıq edən general Tomoyuki Yamasita mülki şəxslərə və əsirlərə qarşı törədilən cinayətlərə görə ABŞ hərbi tribunalı tərəfindən edam edilib.

Yamasitanın cinayət törədən əsgərlərə birbaşa əmr verdiyini və ya bu əməlləri dəstəklədiyini sübut edən dəlillər olmayıb. Onun günahı ordusu üzərində effektiv nəzarəti təmin edə bilməməsində olub. Başqa sözlə, o, komandirlik vəzifəsini tam şəkildə yerinə yetirməyib. Bu hadisə "Yamasita qaydası" adlanan hüquqi presedent yaradıb.

"Komanda məsuliyyəti doktrinası" Cenevrə Konvensiyalarına əlavə edilib və keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalında baxılan işlərdə tətbiq olunub. 2002-ci ildə yaradılan Beynəlxalq Cinayət Məhkəməsi də bu doktrinanı qəbul edib.

Cəzasızlığa alışmış İsrail bütün dünyanın gözü qarşısında Qəzzada soyqırım törədib. Yaşayış binalarına, məktəblərə, xəstəxanalara, məbədlərə bombalar atıb. İsrailin törətdiyi bütün cinayətlərin son məqsədi fələstinliləri "çaydan dənizə qədər" olan bütün torpaqlardan qovmaqdır.

Trampın Qəzza ilə bağlı planı da sionistlərin "Böyük İsrail" xülyalarına xidmət edir. Lakin beynəlxalq hüquq və qaydalara əsaslanan liberal nizamı qorumağa and içən Qərb dövlətləri İsrailə adi bir dövlət kimi yanaşmaqda davam edir. İsrailin cəzasız qalmasına görə hüquqi, siyasi və mənəvi məsuliyyət Qərb dünyasının boynunu ip kimi sıxır.

Müəllif: Abdullah Muradoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Fevral 2025 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri