Icma.az
close
up
RU
“Sizə yalvaran olmuşdu ki, Kontakt dan mal alın?” Şikayət

“Sizə yalvaran olmuşdu ki, Kontakt dan mal alın?” Şikayət

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Xaçmaz sakini Mikayılov Mikayıl Azər oğlu “Kontakt Home” mağazalar şəbəkəsindən aldığı televizorun keyfiyyətsiz olduğunu və bir müddətdən sonra sıradan çıxdığını iddia edir.
Reyting.az
xəbər verir ki, şikayətçi bu barədə Bakupost.az-a müraciətində bildirib.
Onun sözlərinə görə, 27 oktyabr 2024-cü il tarixində “Kontakt Home”un Xaçmaz filialından 1344.79 manat dəyərində "Samsung" markalı televizor alıb. Təxminən 3 ay istifadə etdikdən sonra cihazın ekranı korpusdan aralanmağa başlayıb:
"Mənim ardıcıl müraciətlərimdən bir ay sonra servisin əməkdaşı evə gəlib məhsula baxış keçirdi. Ondan problemin səbəbini soruşduqda tutarlı bir cavab verməyərək, “sizə yalvaran olmuşdu "Kontakt"dan mal alın” deyib uzaqlaşdı".
Müştəri bildirir ki, problemi aydınlaşdırmaq və texniki rəy almaq üçün şirkətə yenidən dəfələrlə müraciət edib. Nəticədə əsassız və ümumi məzmunlu bir akt təqdim olunub:
“Yekun nəticə qeyd olunmuşdu ki, guya mən televizoru düzgün quraşdırmamışam. Lakin quraşdırılma zamanı hansı səhvə yol verdiyimi göstərə bilmədilər. Quraşdırılma standartları haqqında məlumat tələb etdikdə isə mənə məhkəməyə müraciət etməyi məsləhət gördülər. Tələb etdim ki, məhsul yenidən peşəkar servis əməkdaşı tərəfindən müayinə olunsun, çünki verdikləri texniki rəy əsassızdır. Aktda problemi yaradan səbəb əsaslandırılmayıb. "Kontakt Home" istehlakçı hüquqlarımı kobud şəkildə pozdu, mən həm mənəvi, həm də maddi ziyana uğradım".
M.Mikayılov hesab edir ki, təqdim olunan texniki rəy qərəzlidir. O, məhsulun yenidən və obyektiv şəkildə yoxlanışdan keçirilməsini tələb etsə də, bu tələbi cavabsız qalıb. Onun sözlərinə görə, məsələ ilə bağlı "Kontakt Home"un müştəri məmnuniyyəti şöbəsi də qeyri-ciddi yanaşma sərgiləyib:
“Müştəri məmnuniyyəti şöbəsinin əməkdaşları isə sadəcə yola verməklə məşğuldur. Əlaqə saxlayırlar, müştəri məmnuniyyətinin "Kontakt" üçün önəmli olduğunu deyirlər, lakin “aktda nə qeyd olunub?” sualıma cavab verə bilmirlər, çünki aktdan xəbərləri yoxdur. Buradan belə nəticəyə gəlmək olar ki, "Kontakt Home" problemi araşdırmır, birbaşa inkar edir. Çünki satdıqları məhsulların böyük əksəriyyəti servis zəmanəti ilə satılır, rəsmi brend zəmanəti yoxdur. Servis isə "Kontakt"la əlbirdir və müştərinin haqqına girirlər".
Məsələ ilə bağlı "Kontakt Home" mağazalar şəbəkəsinə 3 gün əvvəl ünvanladığımız sorğuya cavab verilmədi.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 İyul 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri