Icma.az
close
up
RU
Sizi unutmuruq, Ustad!

Sizi unutmuruq, Ustad!

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Bu gün - iyunun 24-də ustadım Nəcəf Nəcəfovun dünyaya gəldiyi gündür. Bu dünyada qalıb yaşasaydı, bu gün 70 yaşı olacaqdı. Ancaq, sadəcə, 44 il yaşadı.

Mən Nəcəf Nəcəfovun "Azadlıq" qəzetinə Yazıçılar Birliyi yanında Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzindən gəlmişdim. Orda mən Arif Əliyevin redaktorluğu ilə nəşr olunan "Xazar" (rusca) jurnalında, həmçinin Mehman Əliyevin yaratdığı "Turan" agentliyində işləyirdim. Mənim "Azadlığ"a getməyimə Arif Əliyevin, Mehman Əliyevin razılığı vardı; hər ikisi əfsanəvi ""Molodyoj Azerbaydjana" qəzetində Nəcəf Nəcəfovun komandasında olmuşdular, dostluqları vardı. Mən də hər ikisini məhz "Molodyojka"dan tanıyırdım. Ona görə mənim gedişimə bəlkə də qəlbən razı olmasalar da, Nəcəf bəyə görə etiraz da etməmişdilər. Qalırdı Mərkəzin sədri, unudulmaz aydınımız Aydın Məmmədovu razı salmaq. O məqsədlə mən Aydın müəllimin otağına getdim, halallıq istədim. "Azadlıq"dan təklif aldığımı biləndə: "Nəcəfin yanına gedirsən, başqa yerə getsəydin, buraxmazdım" deyib, ürəkdən güldü.

Telefonun dəstəyini qaldırıb Nəcəf Nəcəfova zəng elədi, xoş-beşdən sonra yarızarafat dedi: "Nəcəf, mənim uşaqlarımı daşıyıb aparırsan ha!"

Xeyli danışdılar, deyib-güldülər. Sağollaşanda Aydın müəllim üzümə diqqətlə baxa-baxa (sanki mənə deyirmiş kimi) Nəcəf bəyə məni əmanət elədi: "Bizim oğlan gəlir, ondan muğayat ol, qələminə inanıram".

Aydın Məmmədovun bu sözləri mənim jurnalistikada aldığım ilk və ən böyük mükafat idi. Mənim üçün daha bir ali mükafat isə, əlbəttə, Nəcəf Nəcəfovun özü və "Azadlıq" oldu.

Hansısa yazım yaxşı alınmayanda, Nəcəf bəy mənə bircə dəfə də olsun: "Zəif yazmısan" deməmişdi. "Yaxşıdır, amma bundan daha yaxşı yazmağa imkanın var" deyirdi.

Zəif yazımızı da özünə xas böyüklüklə mükafatlandırırdı. Gəl, ondan sonra yaxşı yazma, görüm, necə yazmırsan!

Nəcəf Nəcəfov indi sağ olsaydı, bu gün yazdığım yazıları, kitablarımı oxusaydı, bəlkə deyərdi, yaxşıdır. Ya da, yox, yəqin yenə həmin o işıqlı təbəssümlə həmin rəyini bildirərdi: "Daha da yaxşı yaza bilərdin axı"...

Nəcəf Nəcəfovu bir də belə tanıdım: 1991-ci ildə özü də daxil olmaqla istiqlalçı deputatlar Azərbaycanın dövlət müstəqilliyinin bərpasına parlamentdə səs verdilər. Ancaq daha əvvəl - 1989-cu il dekabrın 24-də Azərbaycanın müstəqil mətbuatını bərpa edən Nəcəf Nəcəfov olmuşdu. O, milli mətbuat tariximizdə Həsən bəy Zərdabi qədər böyük bir simadır. Bunu gənc nəsil bilsin və Nəcəf bəyi daha yaxından öyrənib tanısın. Belə şəxsiyyətlər millətimizin təbii sərvətidir.

Allah Sizdən rəhmətini əsirgəməsin, Ustad! Sizi unutmuruq. Həm də Sizin üçün çox darıxırıq.

Bahəddin Həzi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 İyun 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see274

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see241

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see239

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see225

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see220

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see220

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see216

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see208

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see205

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see203

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see200

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see197

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see197

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see196

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see193

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see192

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see179

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see167

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri