Icma.az
close
up
RU
Ustad izi

Ustad izi

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu il Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin 70 illik yubileyi qeyd olunur. Bununla əlaqədar olaraq, dövri mətbuatda, internet saytlarında professorun elmi irsi, tədqiqatları, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr geniş şəkildə işıqlandırılır, haqqında dəyərli fikirlər səsləndirilir, XX əsr Azərbaycan ədəbiyyatının  öyrənilməsində xüsusi rolu olan alim kimi əsərləri geniş şəkildə təhlil olunur. Lakin 40 ildən artıq bir zamana yayılmış zəngin və əhatəli yaradıcılıq yolu haqqında fikir söyləmək, həmin böyük irsi kiçik bir qəlibə salmaq isə mümkünsüz görünür. Odur ki, biz bu yazıda bir qədər fərqli rakursdan çıxış etmək, Bədirxan Əhmədlinin təkcə bir alim və pedaqoq kimi deyil, həm də bir insan, bir ustad, bir rəhbər kimi bizə toxunan tərəflərinə nəzər yetirmək istərdik. Çünki professor təkcə yazdığı monoqrafiyalarla, apardığı tədqiqatlarla deyil, həm də insanlara olan münasibəti, qayğısı və yaratdığı məktəblə yadda qalan şəxsiyyətdir.

Müəllimlik yalnız peşə deyil, böyük bir missiyadır. Bədirxan müəllim bu şərəfli yola Sabirabad rayonunun Abdulabad kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb, sonra isə fəaliyyətini ölkədaxili və ölkəxarici akademik auditoriyalara daşıyaraq, yüzlərlə gəncin yetişməsində misilsiz xidmət göstərib. O, pedaqoji fəaliyyətinin bütün mərhələlərində öz tələbələrinə sadəcə nəzəri biliklər vermir, eyni zamanda, onları düşünməyə, tədqiq etməyə, yazıb-yaratmağa həvəsləndirir. Professorun dərsləri auditoriyada monoton mühazirə kimi deyil, qarşılıqlı müzakirələr, elmi debatlar şəklində cərəyan edir. Professorun ən böyük keyfiyyətlərindən biri də tələbələrinin fərdi yanaşmalarını dəstəkləməsi, onların öz düşüncə və analiz qabiliyyətlərini inkişaf etdirməsinə imkan yaratmasıdır. Bədirxan Əhmədlinin pedaqoji fəaliyyəti təkcə universitet auditoriyaları ilə məhdudlaşmır, tanınmış alim Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda gənc tədqiqatçıların formalaşmasında da mühüm rol oynayır. Elmi rəhbər olmaq təkcə yazılan araşdırma işini nəzərdən keçirmək və ona rəy verməkdən ibarət deyil. Bu, bir məktəb yaratmaq, yeni alimlərin formalaşmasına yol açmaq deməkdir. Bədirxan Əhmədli həmin mənada Azərbaycan ədəbiyyatşünaslığında öz məktəbini yaradan alimlərdəndir. Tədqiqatçı alimin rəhbərliyi altında onlarla magistr və doktorant elmi işlərini uğurla müdafiə edərək, filologiya sahəsində öz yolunu tapıb. Bədirxan Əhmədli rəhbərlik etdiyi dissertantların hər birinə fərdi yanaşır, onların tədqiqat sahələrini diqqətlə seçmələrinə və mövzularına dərindən yiyələnmələrinə kömək edir və beləliklə, gənc araşdırmaçılar elmin praktik yönlərini də öyrənərək, ədəbiyyatşünaslıq sahəsində möhkəm təməl qurmağı bacarırlar. Yetirmələri, dissertantları və həmkarları Bədirxan Əhmədlini təkcə bilik verən müəllim deyil, həm də mənəvi dəstəkçi, yolgöstərən, ustad kimi tanıyırlar. Tələbələri onun elmə olan sevgisini, səbrini və hər kəsə qayğı ilə yanaşmasını xüsusi vurğulayır. Dissertantlarından biri belə deyir:"Professor Bədirxan Əhmədli bizə təkcə elmi bilikləri deyil, həm də araşdırma aparmağı, analitik düşünməyi öyrədib. O, bir müəllimdən daha çox, elm fədaisi idi - bizim hər bir işimizə öz işi kimi yanaşır, bizi istiqamətləndirirdi. Onun rəhbərliyi altında işləmək böyük bir şans idi".

Bədirxan Əhmədlinin pedaqoji fəaliyyəti, tələbələrinə və gənc tədqiqatçılara verdiyi dəstək onun elmi irsinin yalnız akademik çevrələrdə deyil, bütövlükdə Azərbaycan ədəbi-elmi mühitində davam etməsini təmin edir. Bu gün Azərbaycan ədəbiyyatşünaslığı sahəsində çalışan bir çox alimlər onun yetirmələridir. Bədirxan Əhmədlinin elmi irsi yazdığı monoqrafiyalar və elmi əsərləri ilə yanaşı, yetişdirdiyi alimlərlə də yaşayacaq. O, yeni nəslin yetişməsində bir körpü, ustad və   fədakar ziyalıdır.

Professor Bədirxan Əhmədli uzun illərdir ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsinə rəhbərlik edir. Rəhbərlik ancaq idarəetmə deyil, eyni zamanda, bir məktəb yaratmaqdır. Bu vəzifə yalnız idarəetməni deyil, həm də kollektivin bir ailə kimi birləşməsini, əməkdaşlar arasında sağlam, elmi və mehriban mühitin formalaşdırılmasını tələb edir. Bədirxan müəllimin rəhbərliyi altında çalışan gənc tədqiqatçılar özlərini sərbəst, dəstəklənən və dəyər verilən mütəxəssislər kimi hiss edirlər. Çünki professor elmin inkişafı üçün, ilk növbədə, sağlam, səmimi və ruhlandırıcı bir mühitin vacib olduğuna inanır. O, əməkdaşlarını sadəcə işçi kimi deyil, bir ailənin üzvləri kimi görür. Onun üçün şöbədə çalışan hər bir insan fərqli bir taledir, fərqli bir yoldur. O, hər bir əməkdaşın potensialını görməyə, onların bacarıqlarını üzə çıxarmağa çalışır. Bədirxan Əhmədli şöbəsində çalışanların problemləri ilə maraqlanır, çətinlikləri olduqda onlara yol göstərir, onları qoruyur və dəstəkləyir. Əməkdaşları onu tələbkar, lakin mehriban və qayğıkeş rəhbər kimi tanıyırlar. Onun yaratdığı iş mühiti, kollektivinə olan diqqəti və qayğısı Azərbaycan elminə yeni kadrların qazandırılmasında mühüm rol oynayır. Çünki yalnız sağlam və güvənli bir mühitdə tədqiqatçı özünü tam ifadə edə, elmin inkişafına töhfə verə bilər.

Bədirxan Əhmədlini - Azərbaycan ədəbiyyatşünaslığının yorulmaz fədaisini, yüzlərlə gənc tədqiqatçının yolunu işıqlandıran ustadı "Azərbaycan - Asiya ədəbi əlaqələri" şöbəsi ailəsi adından ürəkdən təbrik edirik! Onun elmi və pedaqoji fəaliyyəti Azərbaycan filologiyasının qızıl səhifələrindən biridir və bu irs gələcək nəsillər üçün də bir istiqamət olacaqdır.

Əziz Bədirxan müəllim, insanlara verdiyiniz dəyər, gənclərə göstərdiyiniz qayğı, elmi mühitdə yaratdığınız mehriban atmosfer ilə əbədiyaşar bir iz qoymusunuz. Biz Sizin kimi şəxsiyyətlə qürur duyuruq! Uca Tanrı Sizə uzun ömür, möhkəm cansağlığı və tükənməz enerjinizin daim yanınızda olmasını, tələbələriniz, əməkdaşlarınız ilə birlikdə uzun illər boyu elmə xidmət etməyi nəsib etsin!

Yaxşı ki, varsınız, professor!

Gülnar YUNUSOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see384

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see320

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see279

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see237

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see232

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see222

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see216

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see198

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see189

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see183

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see179

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see177

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see173

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see170

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see169

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see168

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see160

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see154

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see153

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

17 Avqust 2026 02:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri