Icma.az
close
up
RU
Sizin üçün gətirdik Əfsanəvi Popeyes® dadı artıq Bakıda

Sizin üçün gətirdik Əfsanəvi Popeyes® dadı artıq Bakıda

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Popeyes® və MOK Group, Popeyes restoranının Azərbaycanda açılacağını elan etdilər. İlk restoran 27 fevral 2026-cı il tarixində Bakıda, Crescent Mall-da açılacaq.

1972-ci ildə Yeni Orleanda əsası qoyulan Popeyes 50 ildən çox tarixə və cəsur Kajun və Kreol ləzzətlərinə əsaslanan kulinariya ənənəsinə malikdir. Popeyes, ikonik toyuq sendviçi, acılı toyuq, toyuq tenderləri və digər regional təamların yer aldığı unikal Yeni Orlean üslublu menyusu ilə fərqlənir.

Ötən il imzalanmış eksklüziv inkişaf müqaviləsinə əsasən MOK Group Azərbaycanda Popeyes brendinin rəsmi nümayəndəsi kimi çıxış edəcək və növbəti on il ərzində 20 restoran açmağı planlaşdırır.

Brendin ölkədəki ilk restoranı Bakının ən yeni və nüfuzlu ticarət məkanlarından biri olan Crescent Mall-da fəaliyyətə başlayacaq. Crescent Mall-un qida zonasında (food court) yerləşən Bakıdakı ilk Popeyes ziyarətçilərə brendin dünya şöhrətli menyusunu təqdim edəcək. Seçimlər arasında brendin məşhur toyuqları yer alacaq. Yeni hazırlanmış, ən azı 12 saat marinad olunmuş, əllə unlanmış və Luiziananın cəsur ədviyyatları ilə çörəklənmiş toyuqlar, həmçinin brendin ləzzətlərini əks etdirən digər məhsullar da təqdim olunacaq.

Popeyes-in rəhbərliyi Azərbaycandakı ilk açılışla bağlı baxışlarını bölüşüblər: "İkonik Popeyes brendini Azərbaycana gətirməkdən böyük qürur hissi duyuruq,ˮ – deyə Popeyes-in ana şirkəti olan Restaurant Brands International-ın RBI EMEA üzrə prezidenti Renato Rossi bildirib. "Bu açılışla biz Popeyes-in Avropa üzrə böyüməsində mühüm bir mərhələni qeyd edirik və Bakıdakı qonaqlara dünya şöhrətli toyuqlarımızı, zəngin təamlarımızı və təzə bişirilən yeməklərimizi dadmaq şansı qazandırırıq. Hər gün keyfiyyətli yemək, isti qonaqpərvərlik və yüksək səviyyəli xidmət göstərmək missiyamızı paylaşan güclü və etibarlı yerli tərəfdaşlarla əməkdaşlıq etməkdən qürur duyuruq.ˮ

"Dünya miqyasında tanınan Popeyes brendini keyfiyyətə və dada yüksək dəyər verən Azərbaycan bazarına təqdim etməkdən qürur duyuruq,ˮ – deyə Popeyes Azərbaycan-ın həmsədri Maykl Baldiqa qeyd edib. "Popeyes özünəməxsus Luiziana ədviyyatları və fərqli hazırlama üsulu ilə seçilir. Əminik ki, Azərbaycanlı müştərilər bu dadı çox bəyənəcəklər.ˮ "Popeyes-in ölkəmizə gəlişi, sadəcə, bir başlanğıc deyil, dünya səviyyəli yerli bir biznes qurmaq yolunda uzunmüddətli addımdır,ˮ – deyə Popeyes Azərbaycan-ın digər həmsədri Məhəmməd Əfəndiyev əlavə edib. "Məqsədimiz yerli mütəxəssislər yetişdirmək, xidmət səviyyəsini yüksəltmək və Popeyes-in orijinal ləzzətini Azərbaycandakı hər bir qonağımıza eyni qayğı ilə təqdim etməkdir.ˮ

Brendin Azərbaycan bazarına girişi çərçivəsində yüzlərlə yeni iş yerinin yaradılması, yerli əmək bazarına töhfə verilməsi və beynəlxalq xidmət standartlarına cavab verən restoran təcrübəsinin formalaşdırılması planlaşdırılır. Popeyes eyni zamanda, müştəri məmnuniyyətinə fokuslanan xidmət modeli və keyfiyyətə əsaslanan əməliyyat prinsipləri ilə fəaliyyət göstərəcək.

Popeyes-in Azərbaycana gəlişinin bazarın aparıcı brendlərindən biri olaraq əhəmiyyətli investisiya cəlb edəcəyi gözlənilir. Zaman keçdikcə biznes, tikinti, tədarük zənciri, paylama və restoran əməliyyatlarını əhatə edən yüzlərlə yeni iş yerinin yaradılmasını planlaşdırır ki, bu da yerli sektora mühüm təkan verəcək.

Azərbaycanda ilk Popeyes restoranının 27 fevral 2026-cı il tarixində, Bakının ən böyük ticarət mərkəzlərindən biri olan Crescent Mall-da ictimaiyyətə açılması planlaşdırılır. Bu açılış Popeyes-in artıq yüzlərlə restoran işlətdiyi Avropa, Yaxın Şərq və Afrika regionunda 22-ci bazarı olacaq.

Popeyes® Haqqında

1972-ci ildə ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində əsası qoyulan Popeyes® 50 ildən çox tarixə və kulinariya ənənəsinə malikdir. Popeyes® acılı toyuq, toyuq sendviçləri, və digər regional məhsulların yer aldığı unikal Luiziana üslublu Kajun menyusu ilə fərqlənir. Zəncirin öz Luiziana irsinə olan bağlılığı və ləzzətli orijinal Kajun təamları Popeyes®-a ABŞ-də və bütün dünyada 5000-dən çox restoranı ilə dünyanın ən böyük "toyuq fast-foodˮ xidmət restoranlarından biri olmağa imkan vermişdir. Popeyes illik sistem üzrə 45 milyard dollardan çox satışı, 120-dən çox ölkə və ərazidə 32.000-dən çox restoranı olan dünyanın ən böyük fast-food restoran şirkətlərindən biri olan Restaurant Brands International Inc. RBI şirkətinin bir hissəsidir. RBI dünyanın ən görkəmli və ikonik restoran brendlərinə sahibdir.

MOK Group Haqqında

MOK Group, aparıcı istehlakçı və xidmət sahəsində fəaliyyət göstərən brendlərinin inkişafına və miqyasının genişləndirilməsinə yönəlmiş Azərbaycan mərkəzli investisiya və əməliyyat şirkətidir. Popeyes®-in Azərbaycandakı eksklüziv tərtibatçısı kimi MOK Group uzunmüddətli investisiyaya, yerli işçi qüvvəsinin inkişafına və Azərbaycan bazarına uyğunlaşdırılmış yüksək keyfiyyətli xidmət təcrübəsinin çatdırılmasına sadiqdir.

Gələcəyə Yönəlmiş Bəyanatlar

Bu press-reliz gələcəyə yönəlmiş müəyyən bəyanatları, o cümlədən, növbəti on il ərzində 20-dən çox restoranın açılması planları, regional və beynəlxalq artım gözləntiləri, genişlənmə planları, təkliflərimizin qonaqlar tərəfindən qəbulu, müxtəlif bacarıq səviyyələrində iş yerlərinin yaradılması, investisiya və bazar artımı ilə bağlı bəyanatları ehtiva edir. Bu bəyanatlar cari gözləntilərə və fərziyyələrə əsaslanır və faktiki nəticələrin maddi dərəcədə fərqlənməsinə səbəb ola biləcək risk və qeyri-müəyyənlikləri ehtiva edir. Nə Popeyes®, nə Restaurant Brands International Inc., nə də MOK Group qüvvədə olan qanunvericiliyin tələbləri istisna olmaqla, bu gələcəyə yönəlmiş bəyanatları yeniləmək öhdəliyini öz üzərinə götürmür.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:354
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Fevral 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri