Sizin yerinizdə olsaydım... Mirzoyandan azərbaycanlı jurnalistə
Icma.az, Unikal.az saytına istinadən bildirir.
"Konstitusiyaya dəyişiklik Ermənistanın daxili işidir".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Orbeli” analitik mərkəzinin təşkil etdiyi “Sülh testi: Ermənistan Respublikasının xarici işlər naziri ilə söhbət” adlı konfransda deyib.
Bildirilib ki, Azərbaycan media orqanının nümayəndəsi tərəfindən nazirə "dəyişiklik nə vaxt olacaq?" sualını verib. Cavabında xarici işlər naziri azərbaycanlı jurnalistin konfransda iştirakını alqışlayaraq sualın standart xarakter daşımasından təəccübləndiyini bildirib: "Mən sizin yerinizdə olsaydım, fürsətdən istifadə edib daha az istehzalı sual verərdim".
Mirzoyan xatırladıb ki, bu mövzu Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə qaldırılıb və İrəvanın cavabı dəyişməyib.
Nazirin sözlərinə görə, sülh bərqərar olub, əsas məsələlərdə anlaşma var. Amma başqa məsələlər də var ki, onlar haqqında razılaşma yoxdur.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 05 Noyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















