Icma.az
close
up
RU
“Sizinlə danışan bank işçisidir” Fırııdaqçılar daha çox mesaj, səsli və görüntülü zənglərlə...

“Sizinlə danışan bank işçisidir” Fırııdaqçılar daha çox mesaj, səsli və görüntülü zənglərlə...

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər texnologiyanın inkişafı ilə kibertəhlükələr də fərqli istiqamət alıb. Əvvəlki illərdə sistemlərə müdaxilə və məlumatların oğurlanması daha çox texniki bilik tələb edirdisə, indi hədəfdə texnologiya deyil, insanların özüdür.

Son günlər sosial şəbəkələrdə də insanların belə aldadıldığını gösətərən statuslar artıb.

Sosial şəbəkə istifadəçilərindən biri yazır:

“Tanımadığım nömrədən zəng gəldi. Açanda görüntülü zəng olduğunu gördüm. Qarşı tərəfdə özünü bank əməkdaşı kimi təqdim edən birisi vardı. İnanmağım üçün adımı, soyadımı və doğum tariximi də dedi. Sonra bank kartıma aid bəzi məlumatları yoxlamalı olduğunu söylədi. Şübhələnmədim, çünki çox inandırıcı danışırdı”.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən informasiya təhlükəsizliyi üzrə ekspert Elvin Abbasov bildirib ki, klassik kiberhücumlar artıq yerini sosial mühəndisliyə verib - yəni insanın psixoloji olaraq manipulyasiya edilməsi üsullarına:

"Kiberdələduzlar yüksək səviyyədə hazırlıqlı və inandırıcı şəkildə davranırlar: istər videozəng, istər səsli mesaj, istərsə də bank işçisi kimi təqdim olunaraq insanları aldatmağa çalışırlar. Bu hücumlarda texniki bilikdən çox, aldatma və inandırma bacarıqları ön plandadır".

Onun sözlərinə görə, fırıldaqçılar daha çox zəng, mesaj və görüntülü zənglərlə insan psixologiyasını hədəf alaraq təşviş və təzyiq yaradırlar:

"Kart parolumu deməmişəm, problem olmaz" düşüncəsi təhlükəlidir. Çünki kartın üzərindəki 16 rəqəmli nömrə, son istifadə tarixi və arxa tərəfdəki CVV kodu ilə bir çox platformada onlayn ödəniş aparmaq mümkündür – xüsusilə də parol tələb etməyən bəzi xarici saytlarda və kriptovalyuta birjalarında. Bu səbəbdən, yalnız parolu deyil, bütün kart məlumatlarını qorumaq vacibdir".

Elvin Abbasov: Ən doğru addım danışığı dərhal sonlandırmaq və bankın rəsmi kanalları ilə əlaqə saxlamaqdır

Mütəxəssis qeyd edib ki, heç bir bank əməkdaşı və ya dövlət qurumu kart məlumatlarınızı zənglə, mesajla və ya video vasitəsilə istəmir:

"Əgər sizdən bu cür məlumat tələb olunursa, bu, kiberdələduzluq cəhdidir. Ən doğru addım  danışığı dərhal sonlandırmaq və bankın rəsmi kanalları ilə əlaqə saxlamaqdır. Məlumat təhlükəsizliyi üçün ayıq və diqqətli olmaq hər bir vətəndaşın məsuliyyətidir".

Nuriyyə Musayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Aprel 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri