Şkendiya səfərində qələbə qazanmaq çox vacib idi Qurban Qurbanov
Icma.az, Unikal.az saytına istinadən bildirir.
"Şkendiya" səfərində qələbə qazanmaq çox vacib idi.
"Unikal"" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdəki qələbəyə görə sevincli olduqlarını bildirib:
"Sona qədər mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm. Səfərdə qələbə qazanmaq çox vacib idi. Oyun ərzində səhvlərimiz çox oldu. Lakin yekunda lazım olan nəticəni qazana bildik. "Şkendiya" barəsində anacaq xoş sözlər deyə bilərəm. Çempionlar Liqasının II təsnifat mərəhləsində Rumıniya təmsilçisi FCSB komandasına qarşı gözəl çıxış etmişdilər. Belə komandaya qarşı səfərdən qalibiyyətlə dönmək sevindirici haldır. Bakıda bu rəqibə qarşı daha diqqətli oyun sərgiləməliyik. Çünki qarşımızda məğlub olmağı sevməyən bir kollektiv var".
Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 06 Avqust 2025 00:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















