Icma.az
close
up
RU
Skott Bessent: Donald Tramp Cənubi Koreyada Si Cinpinlə görüşə hazırlaşır

Skott Bessent: Donald Tramp Cənubi Koreyada Si Cinpinlə görüşə hazırlaşır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp oktyabrın sonunda Cənubi Koreyada Çin lideri Si Cinpinlə görüşmək niyyətində olduğunu təsdiq edib. Hər iki tərəf ticarət mübahisələrindən doğan gərginliyi azaltmağa çalışırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ-ın maliyyə naziri Skott Bessent açıqlama verib.

Növbəti fikir ayrılığı ötən cümə axşamı Çin tərəfindən nadir torpaq metalları ixracına nəzarətin ciddi şəkildə sərtləşdirilməsi barədə bəyanatdan sonra yaranıb. “Reuters” yazır ki, Donald Trampın cümə günü bəyan etdiyi sərt cavab tədbirləri bazarlarda və iki nəhəng iqtisadiyyat arasındakı münasibətlərdə kəskin gərginlik yaradıb.

Skott Bessentin sözlərinə görə, həftəsonu ərzində tərəflər arasında məzmunlu danışıqlar aparılıb və yaxın zamanda yeni görüşlər planlaşdırılır.

“Biz gərginliyi əhəmiyyətli dərəcədə azaltdıq”, – deyə Bessent “Fox Business Network”ə müsahibəsində bildirib. “Prezident Tramp bəyan edib ki, tariflər noyabrın 1-dən tez qüvvəyə minməyəcək. O, Çin Kommunist Partiyasının sədri Si Cinpinlə Koreyada görüşəcək. Hesab edirəm ki, bu görüş baş tutacaq”, - deyə o qeyd edib.

Bazar ertəsi dolların məzənnəsində artım qeydə alınıb, çünki investorlar ABŞ-ın cümə günü baş verən satışlardan sonra Çinlə ticarət müharibəsinin növbəti mərhələsini yumşaldacağına ümid edirdilər.

Çinin yeni qaydalarına əsasən, bəzi nadir torpaq metalları və onlarla əlaqəli maqnitləri istehsal edən xarici şirkətlərdən, əgər son məhsul Çin avadanlığı və ya materiallarını ehtiva edirsə və ya onların istifadəsi ilə hazırlanıbsa, Çin ixrac lisenziyası da tələb olunacaq. Bu qayda sövdələşmədə Çin şirkətləri iştirak etməsə belə qüvvədədir.

Cümə günü Trampın gözlənilməz çıxışı qlobal maliyyə bazarlarını sarsıdıb və əsas S&P 500 indeksini 2 faizdən çox azaldaraq apreldən bəri ən böyük birgünlük eniş qeydə alınıb. Həmin vaxt ABŞ Prezidenti tərəfindən tariflərlə bağlı davamlı elanlar bazarda dəyişkənliyi artırmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:307
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri