Icma.az
close
up
RU
ŞKTC dən türk dünyasına birlik çağırışı edildi FOTO

ŞKTC dən türk dünyasına birlik çağırışı edildi FOTO

Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.

Fevralın 1-də Kipr-Azərbaycan Dostluq Cəmiyyəti, Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzində ŞKTC Prezidenti Ərsin Tatarın da qatıldığı tədbir təşkil olunub.

Yenicag.az xəbər verir ki, Türkiyə səfiri Yasin Əkrəm Sərin, Azərbaycan Milli Məclisinin deputatları Anar İsgəndərov və Jalə Əliyeva, Mətbuat Şurasının sədri Rəşad Məcid və digərləri də qonaqlar arasında olub.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Türkiyə ilə Azərbaycanın dövlət himnlərinin oxunması ilə başlayıb.

Qonaqları salamlayan cəmiyyət sədri Orxan Həsənoğlu prezident Ərsin Tatarın mərkəzi 9 dəfə ziyarət etdiyini diqqətə çatdırıb. Azərbaycanla ŞKTC arasında əlaqələrin hər keçən gün inkişaf etdiyini bildirən Həsənoğlu qeyd edib ki, ölkənin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi qismində daxil olması türk respublikaları arasında əməkdaşlığın artacağına ümid yaradır.

“Biz bu günə qədər Qarabağın işğal faktına yönəlmiş tədbirlər keçirir, uğradığımız haqsızlıqları dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edirdik. Ancaq rəşadətli ordumuz cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxillik işğalı sonlandırdıqdan sonra diqqətimizi türk dünyasının başqa bir yarasına – Kipr yarasına yönəldirik. Bütün səylərimizi birləşdirərək Şimali Kipr Türk Cümhuriyyətinə edilən haqsızlıqları hayqırmağa davam edirik. Türk respublikalarından başlayaraq bütün dünyaya ŞKTC-nin varlığının qəbul etdiriləcəyinə ümid edirik. Onu da arzulayırıq ki, bir gün Azərbaycanın da burada səfirliyi olacaq”, – deyə Həsənoğlu vurğulayıb.

Türkiyə səfiri ölkəsinin ŞKTC ilə münasibətləri barədə danışıb. Səfir ŞKTC-nin TDT-də müşahidəçi qismində təmsil olunmasının əhəmiyyətini qeyd edərək Azərbaycan Prezidenti İlham Əliyevin “kiprli qardaşlarımızın yanında olacağıq” açıqlamasını xatırladıb, onun qətiyyətli siyasətinin önəmindən bəhs edib.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar çıxışına qonaqları salamlayaraq başlayıb. Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Avropada məskunlaşmış türkləri ölkədə görməkdən məmnunluq duyduğunu dilə gətirən prezident qeyd etdiyi ölkələr arasında münasibətlərin qurulması və inkişafı üçün diplomatik təmasları davam etdirdiyini bildirib.

O, Kiprdə ikidövlətli həll istiqamətində addımlar atdığını diqqətə çatdırıb. Prezident türk dünyasında əlifba və dil birliyinin möhkəmlənməsi ilə gələcək nəsillərin iqtisadi, ticarət, mədəni və milli bağlarının inkişaf edəcəyinə inandığını ifadə edib.

Tədbirdən sonra qonaqlar ŞKTC-nin tarixi abidələrini və mədəni məkanlarını ziyarət ediblər.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 03 Fevral 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see171

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see146

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see138

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri