ŞKTC nin Mərkəzi Seçki Komissiyası: İlkin nəticələrə görə prezident seçkilərində Tufan Erhürman liderlik edir
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) bu gün keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının (CTP) baş katibi Tufan Erhürman liderlik edir.
AZƏRTAC ŞKTC-nin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Bertan Özərdağa istinadla xəbər verir ki, 777 seçki məntəqəsindən 753-də səslər sayıldıqdan sonra Tufan Erhürmanın namizədliyinin seçicilərin 62,8 faizi tərəfindən dəstəkləndiyi məlum olub.
Hazırkı dövlət başçısı Ersin Tatar isə 35,77 faiz səslə ikinci yerdə qərarlaşıb.
“İlkin nəticələrə əsasən, ŞKTC-nin altıncı Prezidenti Tufan Erhürmandır”, – deyə MSK sədri bəyan edib.
ŞKTC-nin Konstitusiyasına əsasən, seçkilərin birinci turunda qalib gəlmək üçün namizəd sadə səs çoxluğu, yəni 50 faizdən artıq səs toplamalıdır.


