Icma.az
close
up
RU
ŞKTR də yeni dövr: Kipr problemi necə həll ediləcək?

ŞKTR də yeni dövr: Kipr problemi necə həll ediləcək?

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkisində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman keçmiş prezident Ersin Tatarı üstələyərək qalib gəlib. Bu baxımdan, diqqətlər yenidən adaya yönəlib. O baxımdan ki, yeni prezidentin dövründə proseslər hansı şəkildə irəliyəcək və hər hansı bir dəyişiklik gözlənilirmi?

Mövzu ilə bağlı Oxu.Az-a danışan Şimali Kipr Türk Respublikasından olan jurnalist Serdar Şengül bildirib ki, seçki prosesi ərzində demokratiya və siyasi mədəniyyət nümayiş etdirildi:

"Bu, bir daha ŞKTR-də demokratiyanın yüksək səviyyədə olduğunu göstərdi. Prezident seçilən Tufan Erhürmana Türkiyədən təbrik mesajları göndərilib. Diplomatik mənbələr bildirirlər ki, yeni dövrdə Kipr türklərinin beynəlxalq aləmdə daha çox tanınması və görünməsi əsas hədəflərdən biri olacaq. Tufan Erhürmanın "dialoq, ortaq ağıl və cəmiyyət birliyi" vurğusu həm daxili siyasətdə, həm də xarici münasibətlərdə əhatəli bir idarəetmənin siqnalı kimi qəbul edilir. Səlahiyyətlərini yeni prezidentə təhvil verən Ersin Tatar isə beş illik vəzifə müddəti ərzində Kipr türklərinin haqq səsini dünyaya çatdırmaq üçün mühüm addımlar atdı".

"Tatarın xüsusilə bərabər suverenlik və iki dövlətli həll siyasəti ŞKTR-nın beynəlxalq aləmdə tanınması istiqamətində yeni bir baxış formalaşdırdı. Türk Dövlətləri Təşkilatında ŞKTR-nın müşahidəçi üzvlüyü rəsmiləşdirildi, Azərbaycan və türk dünyası ilə münasibətlər möhkəmləndirildi, Kipr türk kimliyinin mədəni və diplomatik təmsilçiliyi artırıldı. Bu uğurlar yeni dövr üçün də davam etdiriləcək siyasətlərin təməlini təşkil edir. Tufan Erhürmanın prezidentliyi dövründə cəmiyyət birliyi və daxili sabitliyin qorunması əsas hədəflərdən biri olacaq", - deyə Şimali Kiprli jurnalist bildirib.

Onun sözlərinə görə xarici siyasətdə Türkiyə Respublikası ilə əlaqələrin daha sistemli şəkildə inkişaf etdirilməsi, eləcə də Azərbaycan başda olmaqla, türk dünyası ilə münasibətlərin dərinləşdirilməsi gözlənilir:

"Kipr türkləri demokratik seçimini edərək yeni bir mərhələyə qədəm qoydu. Ersin Tatarın xidmətləri və Tufan Erhürmanın yeni baxışı ŞKTR-nın gələcəyində sabitlik, inkişaf və beynəlxalq nüfuz baxımından bir-birini tamamlayan iki mühüm halqa kimi qiymətləndirilə bilər. Şimali Kipr Türk Respublikasında bir daha demokratiya qalib gəldi".

"Tufan Erhürman hüquqşünasdır. O, Türkiyədə ali təhsil alıb və 5 orada il rəsmi vəzifədə çalışıb. Beynəlxalq hüququ da çox yaxşı bilir. Bu baxımdan, yeni prezident Cənubi Kirpin Şimali Kipri ilhaq etməsini müzakirə belə edəcək şəxs deyil. Ərhürman Anadolu Agentliyinə ilk açıqlamasında da bildirdi ki, müzakirələrdə Türkiyə Respublikası ilə təmasda olacaq və bu siyasət dəyişməyəcək"- deyə jurnalist vurğulayıb.

Müsahibimiz Milliyyətçi Hərəkat Partiyasının (MHP) Dövlət Bağçalının Şimali Kiprin Türkiyəyə birləşməsi ilə bağlı çağırışına da münasibət bildirib:

"Bu yanaşma tamamilə milli hisslərlə verilib. Çünki Tufan Erhürman hər nə qədər solçu olsa da, beynəlxalq hüququ yaxşı bilən, Şimali Kipr və Türkiyə Cümhuriyyətinin yetişdirdiyi siyasətçidir. Dövlət Bağçalının açıqlaması da texniki və hüquqi baxımdan mümkünsüzdür. Çünki Kipr cənublu şimallı Avropa İttifaqı üzvü kimi qəbul edilir. Birləşmiş Millətlər Təşkilatının bununla bağlı 170 və 171 nömrəli qərarları var. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 170 nömrəli qərarı 1961-ci ildə qəbul edilib və Kiprin BMT üzvlüyü ilə bağlıdır. Bu qərar Kiprin Birləşmiş Millətlər Təşkilatına üzvlüyünü təsdiqləyir. BMT Təhlükəsizlik Şurasının Kiprlə bağlı 171 saylı qətnaməsi isə 1964-cü ildə qəbul edilən və qurumun Kiprdəki sülhməramlı qüvvələrinin mandatının uzadılmasına dair qərardır. Qətnamə adadakı gərginliyi azaltmaq və tərəflər arasında sabitliyi təmin etmək məqsədilə qəbul edilib, sülhməramlı qüvvələrin adada qalmağa davam etməsi üçün səlahiyyət verib. Bu baxımdan, Şimali Kiprin Türkiyəyə qatıla bilmədiyi kimi, bir dövlət olaraq Cənubi Kiprin idarəsinə girməsi də mümkün deyil. Türkiyənin Avropa İttifaqına üzv ola bilməməsində ən böyük maneə də məhz Kipr problemidir. Zamin ölkə kimi Türkiyə Kipr problemi həll edilmədən Avropaya üz tuta bilmir. Bu baxımdan, ortaq məxrəcə gəlinərsə, iki dövlətli həll yolu tapılarsa Şimali Kipr də Aİ-yə üzv ola, Türkiyə də qitə ilə münasibətlərini ən yüksək səviyyə çatdırıb ittifaqa üzv ola bilər".

"Hazırda dəyişən yeni dünya nizamında həllini tapmayan problemlərdən biri də bizimlə bağlıdır. Artıq Azərbaycanımız da Ermənistanla sülh yolunda addımlayır, hazırda Zəngəzur dəhlizinin açılması da müzakirə mövzusudur. Qarabağımız işğaldan azad edilib, torpaqlarımız öz sahiblərinə geri qaytarılıb. İndi Kipr probleminin də həllini tapmasının vaxtıdır. Bu isə Türkiyəsiz mümkün deyil", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Oktyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri