Icma.az
close
up
RU
ŞKTR yə dəstək, TDT yə sadiqlik testi

ŞKTR yə dəstək, TDT yə sadiqlik testi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının Lefkoşa toplantısı bu məramı ifadə edib

Dünən Şimali Kipr Türk Respublikasının (ŞKTR) paytaxtı Lefkoşa şəhərində TDT Ağsaqqallar Şurasının 17-ci iclası öz işinə başlayıb. Bu barədə məlumat yayan TRT-nin açıqlamasına görə, təşkilatın ağsaqqallar şurasının 17-ci iclasının ŞKTR-da keçirilməsi qərara alınıb. Bu da təsadüfi deyil. Çünki Şimali Kiprin müstəqilliyinin dünya birliyi tərəfindən tanınmasına Avropa İttifaqı tərəfindən göstərilən əks-cəhdlərin fonunda bu görüşün məhz Lefkoşada təşkil olunması gözlənilən idi. İndi ortada TDT üzvü olan bütün türk dövlətlərinin belə həssas məsələyə bir bucaq altında baxması, vahid siyasi platformadan çıxış edərək eyni mövqe sərgiləməsi kimi gözləntilər var.

“Türkiyə” qəzetinin yazdığına görə, TDT Ağsaqqallar Şurasının budəfəki toplantısının gündəliyindəki əsas mövzu Avropa İttifaqının (Aİ) təşkilata qarşı apardığı mənfi siyasətinə qarşı düzgün strategiyanın müəyyənləşdirməsidir.

Qeyd edək ki, cari il aprelin 3-4-də Özbəkistanın Səmərqənd şəhərində Aİ–Mərkəzi Asiya Sammiti keçirildi. Sammitin tərəflər arasında yeni strateji tərəfdaşlığın başlanğıcını qoyduğu deyildi. Bu zaman əsas diqqət yetirilən məsələlərin ticarət, nəqliyyat, enerji, rəqəmsal kommunikasiyalar və su ehtiyatlarının idarə olunması sahələrində əməkdaşlıqla bağlı olduğu qeyd edildi. Aİ–Mərkəzi Asiya əməkdaşlığının genişləndirilməsi faktını sürətlə dəyişən beynəlxalq vəziyyət və artan qeyri-sabitlik şəraitində beynəlxalq ictimaiyyət normal qarşıladı. Amma qarşılıqlı fəaliyyətin və əməkdaşlığın elə aspektləri də var ki, bunlar TDT-nin müəyyənləşdirdiyi təməl prinsiplərlə heç də üst-üstə düşmür. Söhbət TDT-nin son iki sammitində müşahidəçi qismində iştirak edən ŞKTR-in dövlət quruluşuna, özəl maraqlarına toxunan məqamlardan gedir.

Səmərqənd Sammitində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə yanaşı, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen də iştirak ediblər. Onlar çıxışlarında Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirmək istəyini vurğulayıblar. Tərəflər arasında əməkdaşlığın coğrafiyası isə iqtisadi, enerji daşıyıcıları ilə məhdudlaşmamış, siyasi müstəvidə də atılacaq birgə addımların xarakteri müəyyən edilmiş və bu, özünün rəsmi təsdiqini tapmışdır. Mərkəzi Asiya uğrunda yeni savaşın başlandığını birmənalı şəkildə söyləyə bilərik.

TDT Ağsaqqallar Şurasının 17-ci iclasında dünən və bu gün Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanın Cənubi Kiprdə diplomatik nümayəndəliklər açmaları ilə bağlı məsələnin də müzakirə mövzusu olacağı gözlənilirdi. Açıq demək lazımdır ki, Səmərqənddə atılan addım Aİ kimi Qərbin siyasi təsisatlarının Türkiyənin Kiprdə işğalçı kimi qəbul edilməsi istiqamətində yürütdüyü təxribatçı siyasətin tərkib hissəsi idi. Bu addım həm də TDT-də nifaq yaratmaq cəhdlərinin nəticəsidir. Ona görə də məsələyə TDT tərkibində olan ölkələrin mövqe bildirmələri olduqca vacibdir. Təşkilatın ağsaqqallar şurasının yaranmış vəziyyətlə bağlı bir yol xəritəsini müəyyən edəcəyi gözlənilir.

Lefkoşa toplantısında Şimali Kipr Türk Cümhuriyyətinin tanınması ilə bağlı müzakirələrin olacağı da istisna edilmir. Bu mövzu artıq gündəmdədir. Azərbaycan Prezidenti İlham Əliyev bu nəsələ ilə bağlı qətiyyətli mövqeyini bildirib.

TDT Ağsaqqallar Şurasının iclasında məhz bu incə məsələ barədə Mərkəzi Asiyanın məlum dövlətlərinə uyğun formada mesajın ötürüləcəyini ehtimal edənlər də var. Yəni, bu gün TDT-nin gələcəyi ilə bağlı mümkün ssenariləri müşahidə etmək imkanımız olacaq.

Bəli, TDT-nin gələcəyi, onun hədəfləri ilə bağlı təşkilatın bəzi üzvlərində son vaxtlar tərəddüd və inamsızlıq təzahürləri müşahidə edilməkdədir. Bu xarakterli yanaşmaları bir neçə türk dövlətinin yunan Kiprini tanıması, eləcə də Aİ ilə iqtisadi-siyasi əlaqələri intensivləşdirməsi fonunda görürük. Mübahisəli qərardan sonra ŞKTR Prezidenti Ersin Tatar türk dövlətlərini yunan tərəfi ilə münasibətlərdə diqqətli olmağa çağırıb.

Türk Dövlətləri Təşkilatı artıq vahid güc kimi formalaşmış alyansdır. Üzv ölkələr müəyyən etdikləri hədəflərə çatmaq yoluna sadiq olduqlarını dəfələrlə bəyan ediblər. Çox güman ki, Lefkoşa toplantısında bu sualların aydın cavablarını eşidəcəyik.

Oxuculara xatırladaq ki, 2024-cü il noyabrın 30-da Macarıstan paytaxtında keçirilən TDT Ağsaqqallar Şurasının 16-cı iclasında təşkilata üzv bütün ölkələrin nümayəndələri iştirak ediblər. Bir il əvvəlki iclasda türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi, həmrəyliyin gücləndirilməsi məsələləri müzakirə olunmuşdu.

Həmrəylik təkcə dildə, mədəniyyətdə deyil, həm də siyasi mövqedə, hədəflərə doğru aparan yolla birgə hərəkətdə özünü təsdiqləməlidir. Bu kontekstdən yanaşanda Lefkoşa görüşü ev sahibi ŞKTR-ə türk dünyasının verəcəyi hərtərəfli dəstəyin nümayişi və TDT-yə sadiqliyin testi sayıla bilər.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

– Əslində, TDT-nin gündəliyindəki məsələni diplomatlar, sahənin ekspertləri müəyyənləşdirməli və formalaşdırmalıdırlar. Məsələnin mahiyyəti tanıtma prosesinin getməsindən ibarət olmalıdır. Şimali Kiprdən olan türk qardaşlarımız Türk dövlətlərinin evsahibliyi etdikləri bütün beynəlxalq tədbirlərə dəvət olunmalı və iştirak etməlidirlər. TDT üzvü olan bütün dövlətlərdə ŞKTR-nin diplomatik nümayəndəliyi açılmalıdır. Avropa İttifaqının tribunalarından da Şimali Kiprin hüquqları səslənməlidir. Ortada konkret hər hansı düstür yoxdur ki, onun tətbiqi ilə bütün məsələlər öz həllini tapsın. Yəni, bu, ardıcıl informatik və diplomatik fəaliyyət tələb edən bir işdir.

Şimali Kiprdə yaşayan türk qardaşlarımızın təmin olunmalı hüquqları mövcuddur. Onlar vaxtilə BMT-nin Baş katibi Kofi Annanın adanın birləşdirilməsi ilə bağlı planını qəbul etdilər, bu qərarı dəstəklədilər. Amma yunan Kipri həmin planı yerinə yetirməkdən imtina etdi. Bu o demək idi ki, yunanlar Şimali Kiprdən və onunla birləşməkdən boyun qaçırdılar. Belə olan təqdirdə ŞKTR-ın tam hüququ var ki, onun da müstəqilliyi tanınsın və bu ölkəyə qarşı təcridetmə siyasətinə son qoyulsun. Əgər Avropa İttifaqı, ümumiyyətlə Qərb bunu etmək istəmirsə, onda bizə nə olub? Söhbət türk-müsəlman dövlətlərinin Şimali Kiprə verəcəkləri dəstəkdən gedir.

Aydın məsələdir ki, bu, tez həll olunacaq problem deyil. Sadəcə, bu istiqamətdə məqsədyönlü və davamlı fəaliyyət göstərmək lazımdır. Əsas odur ki, Şimali Kiprdə yaşayan türklərin təhlükəsizliyi təmin olunub. Bunu Türkiyə həyata keçirir. Bu mənada heç bir dövlət, yaxud qurum onlara qarşı gücdən istifadə etmək iqtidarında deyil. Ən vacibi budur, qalan məsələlər zamanında öz həllini tapacaq.

İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri