Icma.az
close
up
RU
Hakim səhvi nəticəyə təsir etmədi Rəşad Sadıqov

Hakim səhvi nəticəyə təsir etmədi Rəşad Sadıqov

Icma.az bildirir, Fanat portalına istinadən.

"İlk növbədə Zəfər Günü münasibətilə xalqımızı, dövlətimizi təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Zəfərimiz əbədi olsun. Yəqin ki, bu gün əzmkar oyun keçəcəyi hamıya bəlli idi. Qarşımızda təhlükəli komanda var idi. Hücum potensialı ən təhlükəli komandalardan birinə qarşı oynayırdıq. Əks-hücumlarda da təhlükəlidirlər, cinah asmaları təhlükəlidir. Hamısını nəzərə almışdıq. Futbolçularım əzmkarlıq göstərdi. Demək olar ki, rəqibə qol epizodu vermədik. Komandam çox diqqətli oldu və peşəkarlıqla hücumların qarşısını alırdılar. 60-cı dəqiqədən sonra say üstünlüyümüz oldu. Ona qədər bərabər mübarizə şəraitində oyun keçirdi. 100 faizli olmasa da, qol epizodlarımız oldu. Daha böyük qüvvə ilə irəli atıldıq. Sadəcə rəqib qapıçı, müdafiəçilər etibarlı idilər. Uduzsaydıq da, futbolçularımın davranışından razı idim. Bu şəkildə davam etməliyik. Milli fasilədən sonra hazırlaşacağıq ki, istədiyimiz nəticəni əldə edək".

Fanat.Az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 11-ci turunun "Zirə" - "Turan Tovuz" (0:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Hakimliyi bəyəndiniz?

- Birinci hissədə epizodlar var idi ki, etiramızı bildirdik. Bizi özümüzdən çıxaran epizod var idi. Uzaqdakı yan xətt hakim qırmızı vərəqə verilməsini dedi. 50 metrdən epizoda müdaxilə etdi. VAR sistemi var. Epizodda "qırmızı"lıq bir şey yox idi. Əliyar bəyin də dərhal qırmızı verməsi, hamımız emosional olduq. Oyunun sonunda foullar var idi ki, bəlkə bizim, digər komandaların xeyrinə verilsə, təhlükəli deyil. Amma "Turan Tovuz" standart vəziyyətlərdə təhlükəlidir. Oyunun içində bu məqamlar olur. Hakim səhvi nəticəyə təsir etmədi. Vacib olan budur.

- Tiaqo Silva start heyətinə qayıtdı. Bunun xüsusi səbəbi var idi?

- Plan iki oyunluq idi. Aydın Bayramova şərait yaratdıq ki, oyun praktikasını düzəltsin. Milli komandada start heyətində meydana çıxmaq üçün qapıçılarda rəqabət var. Milli və Aydın bizim üçün dəyərlidir. Bizdə 1-ci və 2-ci qapıçı arasında uçurum yodur. Tiaqoya da demişdik ki, belə olacaq. Öncədən də bilinirdi ki, bu gün qapıda Tiaqo olacaq.

- Bu gün topa ilk toxunuşu Tamerlan Burcəliyev etdi. Futbolçu karyerasını erkən bitirdi və indi məşqçidir. Niyə bu cür qərar verib?

- Məşqçiliyi seçməsi öz qərarıdır. Müdrik qərar verdi. Erkən başlaması məşqçilik karyerası üçün də yaxşıdır.

- Əvvəlki mövsümlərdə "Zirə"də qələbəsizlik seriyası yaranırdı. Nələri dəyişdiz ki, indi bu cür seriya yoxdur?

- Çempionatın ortasında belə ssenarilər oldu. Amma heç kim zəmanət verməyib ki, indi olmayıbsa, gələcəkdə də olmayacaq. Daha çox özümü təhlil edirdim ki, niyə elə perioda düşürdük. Bu il daha çox motivasiya olduq, daha çox öz işimizin üzərində çalışdıq ki, futbolçulara yanlış enerji getməsin. Futbolçular başa düşür ki, builki çempionat əvvəlki kimi deyil. Futbolumuz inkişaf edir. Bu da bizi sevindirir. Amma nəticə qazanmaq da çətinləşir. Futbolçular da bunu düzgün təhlil edirlər ki, 7-ci pillə ilə 2-ci pillə arasında proqnoz vermək olmur. Çempionluğa da aiddir. Hiss edirəm ki, bu mübarizə sona qədər belə gedəcək.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://fanat.az
archiveBu xəbər 08 Noyabr 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri