Skuter sürənlərə çağırış: Bu qaydalara əməl edin Video
Icma.az bildirir, Axar.az portalına istinadən.
İstər velosiped, istər skuter, istərsə də moped və motosiklet idarə etməyinizdən asılı olmayaraq, keçidlərdən istifadə edərkən siz də piyada sayılırsınız. Təəssüf ki, bəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri bilərəkdən və ya bilməyərəkdən bu qaydanı pozurlar.
Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) hərəkət iştirakçılarına müraciətində bildirilib.
Qeyd olunub ki, xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində qeydə alınan bu cür qayda pozuntularının təhlili göstərir ki, kuryer xidməti göstərən bəzi şəxslər də piyada zolaqlarından istifadə edərkən nəqliyyat vasitəsindən düşmür, hərəkətlərini onun üzərində davam etdirirlər:
"Nəticədə piyadalar üçün təhlükəli vəziyyət yaranır, qəzaların baş verməsi qaçılmaz olur. Bir daha xatırladırıq ki, ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri piyada keçidindən istifadə edərkən nəqliyyat vasitəsindən düşərək yolu piyada kimi keçməlidirlər. Müşahidə kameraları vasitəsilə qeydə alınan görüntülərin təhlili onu da göstərir ki, aparılan təbliğat-izahat və maarifləndirmə tədbirlərinin nəticəsi olaraq, artıq bir çox velosiped və skuter sürücüləri yollarda, səkilərdə və piyada keçidlərində qaydalara uyğun şəkildə hərəkət edirlər.
NİİM qəzaların baş verməməsi üçün hər kəsi qaydalara əməl etməyə çağırır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 04 Noyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















