Icma.az
close
up
RU
Bayramda uzaq yola çıxanlara DYP dən çağırış; bu qaydalara əməl edin VİDEO

Bayramda uzaq yola çıxanlara DYP dən çağırış; bu qaydalara əməl edin VİDEO

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bu ilin may ayı Azərbaycan xalqı üçün daha əlamətdar və sevinc dolu qeyd olunur. Çünki ötən illərdən fərqli olaraq, bu il həm Qurban bayramı, həm də 28 May Müstəqillik Günü eyni günlərə təsadüf edir. Bu münasibətlə ölkədə mayın 27-dən iyunun 1-nə qədər qeyri-iş günü nəzərdə tutulub. Qeyri-iş günləri səbəbilə paytaxtdan regionlara axını nəzərə alaraq, sürücülərdən yollarda daha diqqətli olmaları tövsiyə edilib. Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində bölgələrə səfər edən sürücülərə çağırış edib.  Qeyd edilib ki, yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları bütün zəruri tədbirləri həyata keçirir. Lakin yenə də əsas məsuliyyət vətəndaşların üzərinə düşür.

Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Elvin Hacıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisələrinin qarşısını almaq, qəzaların baş vermə ehtimalını azaltmaq üçün hamılıqla qaydalara əməl etmək əsas şərtdir:

“Bayram günlərində hər bir sürücü və hərəkət iştirakçısı adi günlərdən daha diqqətli olmalıdır. Çünki hərəkət intensivliyi respublika əhəmiyyətli yollarda artacaq, avtomobillər çoxalacaq. Ola bilər ki, bəzi sürücülərimiz yorğun, yuxulu halda sükan arxasına keçsin. Nəzərə almaq lazımdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin respublika əhəmiyyətli yollarda stasionar postları var. Sürücülər özlərini yorğun və ya narahat hiss etdikləri zaman həmin postlara yaxınlaşa bilərlər. Burada onlar qısa müddətli istirahət edə, sonra yollarına rahat və təhlükəsiz şəkildə davam edə bilərlər. Uzun yola çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlayın, mümkün qədər günün erkən saatlarında yola çıxın, sürət həddini aşmayın, yol və hava şəraitinə görə seçin, ötmə və manevr qaydalarına uyğun davranın, sərxoş vəziyyətdə sükan arxasına əyləşməyin, avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olun. Bu sadə qaydaları pozmaq, bir anlıq ehtiyatsızlıq arzuolunmaz hadisələrə gətirib çıxara bilər”.

Elvin Hacıyevin həmin müsahibəsini təqdim edirik:

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 May 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri