Slovakiya Avropada mühüm dəyişiklik etdi: Konstitusiyada iki cins haqqında maddə qəbul edildi
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Slovakiya parlamenti ölkənin konstitusiyasında yalnız iki cinsin - kişi və qadın cinsinin tanınması ilə bağlı maddəni təsdiqləyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Markiza" televiziya kanalı xəbər yayıb.
Konstitusiyaya edilən dəyişikliklər parlament üzvlərinin minimal sayının dəstəyi ilə - 150 deputatdan 90-nın səsi ilə qəbul edilib.
Yanvar ayında Slovakiyanın Baş naziri Robert Fitso bildirmişdi ki, ölkədə konstitusiyada yalnız iki cinsin - kişi və qadının tanınması ilə bağlı maddənin təsbit edilməsi planlaşdırılır. O, ABŞ Prezidenti Donald Trampın da oxşar təşəbbüslə çıxış etdiyini xatırladıb. Slovakiya baş nazirinin sözlərinə görə, bu qərar sağlam düşüncəyə qayıdışdır.
Bundan əvvəl Ağ Ev rəhbəri hökumət qurumlarına LGBT və BLM bayraqlarını asmağı qadağan etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 26 Sentyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















