Macarıstan və Slovakiya Avropada demokratiya ilə bağlı bəyannaməyə veto qoyub
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Macarıstan və Slovakiya Avropa İttifaqı ölkələrinin Polşa tərəfindən hazırlanmış “Avropada demokratiyanın gücləndirilməsi” haqqında bəyannaməsinin qəbulunu əngəlləyib.
APA xəbər verir ki, bu barədə Macarıstanın Avropa İttifaqı üzrə naziri Yanoş Boka Brüsseldə keçirilən Aİ-nin Ümumi İşlər Şurasının iclasından sonra məlumat verib.
“Macarıstan və Slovakiya hazırda Aİ Şurasına sədrlik edən Polşanın irəli sürdüyü təşəbbüsə dəstək vermədi”, – deyə Boka Belçikanın paytaxtında jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Polşanın hazırladığı sənəddə qeyri-hökumət təşkilatlarının maliyyələşməsində şəffaflıq tələbi yer almayıb. Boka vurğulayıb ki, bu təşkilatlar tez-tez müxtəlif siyasi qüvvələr tərəfindən alətə çevrilir və xaricdən maliyyə alırlar.
Macarıstan bu cür təcrübəyə qarşı çıxır. Nazir əlavə edib ki, Macarıstan hökuməti və bəzi digər ölkələrin liderləri Aİ-də QHT-lərin demokratik cəmiyyətdəki rolunu düzgün başa düşmədiklərini hesab edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 28 May 2025 02:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















