Icma.az
close
up
RU
Slovakiyalı deputat: Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ yə təchizatın sabitliyini gücləndirəcək

Slovakiyalı deputat: Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ yə təchizatın sabitliyini gücləndirəcək

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

2025-ci il yanvarın 1-dən etibarən Rusiya qazının Ukrayna ərazisindən tranziti dayandırılıb. Bu, Avropada ciddi rezonans doğuran mühüm hadisələrdən biridir. Bu qərar Ukraynanın “Qazprom”la müqaviləni uzatmaqdan imtina etməsi ilə əlaqələndirilir ki, bu da regionda enerji sahəsində qeyri-sabitliyin artmasına səbəb olub.

Tranzitin dayandırılmasının təsirləri xüsusilə Rusiya qazından birbaşa asılı olan Moldova, Slovakiya, Çexiya və Avstriya kimi ölkələrdə daha çox hiss olunur. Bu addım enerji təhlükəsizliyi, qiymət sabitliyi və təchizat mənbələrinin şaxələndirilməsi kimi məsələləri ön plana çıxarır. Baxmayaraq ki, qaz anbarları hazırda doludur, uzunmüddətli perspektivdə qiymət artımı və iqtisadiyyata düşən əlavə yük Mərkəzi və Şərqi Avropa ölkələri üçün ciddi problemlər yaradacaq.

“Report”un Şərqi Avropa bürosu bu məsələni Slovakiya parlamentinin deputatı İqor Şimko ilə müzakirə edib. Deputat müsahibəsində Rusiya qazının tranzitinin dayandırılmasının Slovakiyaya təsiri, alternativ təchizat marşrutlarından istifadə perspektivləri və enerji sabitliyini təmin etmək üçün görülən tədbirlərdən bəhs edib.

Həmin müsahibəni təqdim edirik

- Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması bir çox Avropa ölkələrində ciddi reaksiyaya səbəb olub. Yaranmış vəziyyəti necə qiymətləndirirsiniz?

- Rusiya qazının Ukrayna ərazisindən təchizatının tam dayandırılması Slovakiya üçün böyük və şübhəsiz ki, xoşagəlməz dəyişiklik oldu. İqtisadiyyat naziri Denisa Sakova hətta bunu təkcə ölkəmizə deyil, bütün Avropaya zərər vuran məntiqsiz addım adlandırıb.

Üstəlik, bir çox KİV-in də yazdığı kimi, bu, iqtisadi cəhətdən Ukraynanın özünə də təsir edir. Ölkə 1 milyard ABŞ dollardan çox vəsait itirəcək, lakin görünür ki, bu itkilər əsasən ölkə vətəndaşlarının üzərinə düşəcək.

Düşünürəm ki, bu addım bəlkə də gözlərimizi bir qədər digər imkanlara açaraq enerji mənbələrinin şaxələndirilməsinin vacibliyini və bir təchizatçıdan asılılığın risklərini dərk etməyə imkan verib. Xoşbəxtlikdən, Qərb ölkələri ilə qaz idxalına dair müxtəlif müqavilələrimiz var. Rusiya qazının idxalı daha bahalı marşrutlarla da olsa, davam edir. Bu gün qaz Qərbi Avropaya dəniz yolu ilə tankerlərlə çatdırılır ki, bu da iqtisadi cəhətdən dövlətlərə yox, yalnız idxalçılara sərfəlidir.

Bundan başqa, qaz anbarlarımız doludur və bu il Slovakiya sakinləri narahat olmaya bilərlər - qaz kifayət edəcək. Lakin yeni həcmlər artıq daha yüksək qiymətə alınacaq ki, bu da müəssisələr və ev təsərrüfatları üçün yük olacaq.

- Yaranmış vəziyyətdən çıxış yolunu necə görürsünüz?

- Bərpa olunan enerji mənbələrinin (BEM) öyrənilməsinə əsaslanan uzunmüddətli həll yollarına yönəlmək lazımdır. Bu sahəyə, yerli enerji mənbələrinə, həmçinin infrastrukturun modernləşdirilməsinə sərmayə qoymaq zəruridir. İqtisadiyyat Nazirliyi bu istiqamətdə cari il üçün bir sıra tədbirlər planlaşdırıb.

Eyni zamanda, tərəfdaşlarımızla mütəmadi danışıqlar aparmalıyıq ki, enerji sabitliyini təmin etmək və əhali üçün enerjinin əlçatanlığını qorumaq üçün birgə həll yolları tapaq.

Slovakiya öz xalqının maraqlarını qorumağa və eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verməyə davam edəcək.

- Sizcə, Azərbaycan qazı hansı rolu oynaya bilər?

- İqtisadi məsələlər üzrə Komitənin üzvü olaraq hesab edirəm ki, Azərbaycan qazının Ukrayna ərazisindən tədarükü təkcə Slovakiya üçün deyil, ümumilikdə Avropa İttifaqı ölkələri üçün etibarlı qaz təminatı imkanı yarada bilər. Bu, həm iri sənaye müəssisələri, həm də ev təsərrüfatları üçün enerji təhlükəsizliyini təmin etmək baxımından böyük əhəmiyyət daşıyır.

Enerji sektorunda sağlam düşüncə tərəfdarıyam və düşünürəm ki, Azərbaycan qazının tranziti üçün Cənub Qaz Dəhlizinin inkişafı Aİ-nin qaz təchizatının sabitləşdirilməsinə mühüm töhfə verə bilərdi. Xüsusilə, Rusiya qazından mayeləşdirilmiş formada dəniz yolu ilə tədarük edilən Qərb qazına asılılığı azaltmaq baxımından bu, mühüm bir alternativdir. Azərbaycanla əməkdaşlıq çərçivəsində daha şaxələndirilmiş marşrutların yaradılması bizim üçün vacibdir.

Bu məsələdə İqtisadiyyat Nazirliyinin, xüsusilə də Denisa Sakovanın rəhbərliyi altında bu istiqamətdə atılan addımları tam dəstəkləyirəm. Nazir Brüsseldə Avropa Komissiyası ilə keçirdiyi görüşlərdən sonra bir neçə alternativi müzakirə etdiyini bildirib. Bu alternativlər arasında Azərbaycan qazı, Özbəkistandan qaz idxalı və ya Rusiya qazının alınması kimi variantlar mövcuddur.

Rusiya qazının alınması halında qaz SPP şirkəti vasitəsilə Rusiya-Ukrayna sərhədində əldə ediləcək və daha sonra Ukrayna ərazisindən tranzitlə Slovakiyaya çatdırılaraq “Slovakiya qazı” adı ilə istifadə ediləcək.

Hazırkı şəraitdə həm Slovakiya, həm də Ukrayna qaz tranzit haqqını itirir. Bundan əlavə, Aİ-nin sənaye sektorunun rəqabət qabiliyyəti də real təhlükə ilə üzləşir. Biz Slovakiya və Ukrayna üçün ən uyğun variantları və onların tətbiqini müəyyənləşdirmək üçün bu prosesləri diqqətlə izləməliyik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://report.az
archiveBu xəbər 27 Yanvar 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see265

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri