Icma.az
close
up
RU
“Şlyapa Zahid”in işində şahid: “Bankdakı qeyrirəsmi seyfə Mahir Rəfiyev və Fazil Məmmədovun tapşırığı olmadan əl vurulmayıb” Yeni Gündəm

“Şlyapa Zahid”in işində şahid: “Bankdakı qeyrirəsmi seyfə Mahir Rəfiyev və Fazil Məmmədovun tapşırığı olmadan əl vurulmayıb” Yeni Gündəm

Yenigundem portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müdafiə Nazirliyinin 24 milyon 234 minlik mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) ilə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xamiz Süleymanov bildirib ki, “Atabank”da çalışıb və Zahid Niftəliyevi tanımayıb.

“Mən heç bir müştərini görməmişəm. Pulu da mən ayırmamışam. Zahid Niftəliyevlə heç bir əlaqəm olmayıb, inkassatorda çalışmışam. Qardaşım Xəyyam kassada işləyib. Mənim işim pulların sayılması və bankomatlara yüklənməsi olub”, – X.Süleymanov qeyd edib.

Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi ziddiyyət təşkil etdiyi üçün elan olunub.

Xamiz Süleymanov istintaqda ifadəsində bildirib ki, bankın zirzəmisində çalışıb: “Zirzəmidə iki pul seyfi olub. Birinci seyf normal əməliyyatlar üçün nəzərdə tutulmuşdu. İkinci seyf isə qeyri-rəsmi ayrılan pullar olub. Həmin seyf Mahir Rəfiyev və Fazil Məmmədovun tapşırığı olmadan əl vurulmayıb. Kiməsə oradan pul verildisə, onu Mahir Rəfiyev birbaşa özü tapşırıq verirdi. Özlərinə də pul lazım olanda mən həmin seyfdən pulu götürüb Mahir Rəfiyevin Vergilər Nazirliyində olan otağında köməkçisinə vermişəm. Həmin qeyri-rəsmi kassaya gələn pulların mənbəyini bilməmişəm. Mənə tapşırıq verilib, mən də icra eləmişəm”.

Digər şahid Xəyyam Süleymanov deyib ki, təqsirləndirilən şəxs Zahid Niftəliyevi tanıyır: “Bankda xəzinədar işləmişəm. Məbləğ sifariş olunub, çekin yiyəsi Zahid Niftəliyev olub. Çekdə 7 milyon nə qədərsə yazılmışdı, Zahid Niftəliyev də çekə imza atmışdı. Dəqiq yadımda qalmayıb. Zahid Niftəliyev özü alıb, başqa mümkün deyil kimsə alsın. Qol çəkib, özü götürdü. Sonra həmin sənədi kassa sənədlərinə tikmişəm. Zahid müəllimə bir dəfə pul vermişəm, heç bir ünsiyyətim olmayıb. Yanında kənar şəxslərin olmasını xatırlamıram. Hüquqi şəxslər şöbəsindən bilirlər ki, kassada o qədər pul var, ya yox. Yoxdusa sifariş edirik. Onun həmin məbləği nə ilə aparmasını xatırlamıram”.

Təqsirləndirilən şəxs Zahid Niftəliyev qeyd edib ki, bu şəxsi ümumiyyətlə görməyib: “Sənin Allahın varsa, insafın varsa, düzünü danış”.

Məhkəmə prosesi dekabrın 18-də davam edəcək.

Qeyd edək ki, Z.Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib. Daha sonra o, azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yenidən həbs edilib.

Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edərək Z.Niftəliyevi vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilib və o, 8 il 6 ay azadlıqdan məhrum olunub.

Bundan başqa Zahid Niftəliyev “Atabank ASC” dən götürdüyü 42 milyon manat kredit vəsaitinin və dövlət rüsumunun ödənilməsi ilə bağlı çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qərəzli icra etməyib.

Qeyd edək ki, Z.Niftəliyev Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub./Report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 27 Noyabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see186

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri