Smart kart tipli sayğaclar dəyişdiriləcək
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Naxçıvan Muxtar Respublikasında istismar müddəti bitmiş "smart kart tipli" sayğaclar dəyişdiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəisi Rəşad Cavadov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Naxçıvan şəhərində hazırda 20 min abonent "smart kart tipli" sayğacdan istifadə edir: "Ümumilikdə 24 min "smart kart tipli" sayğac mövcud idi. Artıq 4 min abonentin sayğacı mexaniki (sonradan ödənişli) sayğacla əvəzlənib. Yerdə qalan 20 min sayğac da dəyişdirilir və abonentlərə yeni kodlar təqdim edilir".
R.Cavadov deyib ki, ötən bir il ərzində Naxçıvan şəhərində 1 000 abonent şəbəkəyə qoşulub: "Hazırda qaz təminatı ilə bağlı heç bir çətinlik yoxdur. İş prosesində yerli icra hakimiyyəti orqanları ilə koordinasiyamız da yüksək səviyyədədir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 23 Aprel 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















