Icma.az
close
up
RU
Smart sayğaclar yenidən mexanikilərlə əvəzlənir NİYƏ?

Smart sayğaclar yenidən mexanikilərlə əvəzlənir NİYƏ?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər bir çox mənzildə smart-kart tipli sayğacların mexaniki sayğaclarla əvəz edilməsinə müşahidə edilir.

Sakinlər bildirirlər ki, bu dəyişiklik bəzən onların icazəsi olmadan, hətta evdə olmadıqları zaman belə həyata keçirilir. Bu vəziyyət isə əhali arasında narazılığa səbəb olur.

Maraqlıdır, bu dəyişikliyin səbəbi nədir? Tətbiq edilən yeniliklər niyə sonuna qədər davam etdirilmir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, smart-kart tipli sayağacların mexaniki sayağaclarla əvəzlənməsinin bir neçə səbəbi var:

“Birincisi, texniki nasazlıqlar və şəbəkə uyğunsuzluğu problemi mövcuddur. Smart sayağacların bir hissəsində ciddi problemlər yaranır. Belə ki, sərfiyyatın düzgün ötürülməsində çətinlik yaranır, xüsusilə internet və rabitə infrastrukturu zəif olan kənd, eləcə də rayon yerlərində onların funksionallığı tam işləmirdi.

Bundan əlavə, smart sayağacların həm alınması, həm də xidmət xərci mexaniki sayağaclardan daha yüksəkdir. Şirkətlərin büdcə məhdudiyyətləri səbəbindən əvvəlki kimi geniş tətbiq davam etdirilə bilmir”.

Onun sözlərinə görə, idarəetmə və şəffaflıq məsələləri də problemi daha da mürəkkəbləşdirir:

“Smart sayağaclar ödənişlərin tam şəffaf və avtomatik həyata keçirilməsini təmin edir, lakin bəzi hallarda bu, mövcud sistemdə gəlir bölgüsünə uyğun gəlmirdi. Mütəxəssislər bildirirlər ki, mexaniki sayağaclara qayıdış “əl ilə müdaxilə imkanlarını” saxlayır.

Sakinlərin icazəsi olmadan dəyişikliklərin aparılması da narazılığa səbəb olur. Hüquqi olaraq abonentin xəbəri və iştirakı olmadan sayağacın dəyişdirilməsi düzgün deyil, amma podratçı şirkətlər işləri tez başa çatdırmaq üçün tez-tez xəbərdarlıq etmədən sayağacları dəyişir”.

Ekspert qeyd edib ki, smart sayağaclarla bağlı problemlər yalnız texniki çatışmazlıqla bağlı deyil:

“Yeniliklərin niyə tam şəkildə davam etdirilməməsinin səbəbi isə layihələrin çox vaxt “sınaq və vitrin” xarakteri daşımasıdır. Yeni texnologiya əvvəlcə böyük elanlarla tətbiq edilir, lakin uzunmüddətli maliyyələşmə, texniki dəstək və infrastruktur təmin edilmədiyindən yarımçıq qalır.

Eyni zamanda, dövlət qurumları və paylayıcı şirkətlər arasında koordinasiya tam oturuşmadığından qərarlar tez-tez dəyişir. Smart sayağaclarla bağlı problemlər yalnız texniki çatışmazlıqla izah edilmir, həm maliyyə, həm idarəetmə, həm də şəffaflıqla bağlı çətinliklərin birləşməsi bu məsələnin davam etməsinə səbəb olur”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Smart mexaniki sayğaclar

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri