Icma.az
close
up
RU
Smart sayğaclar yenidən mexanikilərlə ƏVƏZLƏNİR İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR?

Smart sayğaclar yenidən mexanikilərlə ƏVƏZLƏNİR İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR?

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Smart-kart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi ətrafında yaranan müzakirələr bitmir. Hələ 4 il öncə, 2020-ci ildə yeni inşa olunan çoxmərtəbəli binalar istisna olunmaqla bütün fərdi yaşayış evlərində dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğacla əvəzləndi. Elə həmin ildən də narazılıq yaranıb. Belə ki, abonent işlək vəziyyətdə olan smart-kart tipli sayğacının mexaniki sayğacla əvəzlənməsinə qarşıdır. Narazılıqla yanaşı “Azəriqaz” İB-nin əməkdaşları həm də sayğacı bəzən abonentin iştirakı və akta imzası olmadan dəyişdirirlər.
Bəzi abonentlərin iddiasına görə mexaniki qaz sayğaclarına istənilən müdaxiləni etmək mümkündür. Bəziləri isə iddia edirlər ki, smart-kart tipli qaz sayğacları mexaniki sayğaclarla əvəzləndikdən sonra qaz sərfiyyatı artıb.
Çoxluq smart tipli qaz sayğaclarından istifadəni üstün tutur. O baxımdan ki, smart sayğaclardan istifadə edən abonent qaz sərfiyyatına görə karta vaxtı-vaxtında balans artırmaqla daha məsuliyyətli olur. Mexaniki sayğacda isə proses əksinədir. Qaz sərfiyyatına görə ay sonu abonentə borc gəlir və bəzən böyük məbləği bir anda ödəmək çətinlik çəkir.
Ümumiyyətlə smart-kart tipli sayğacın mexaniki sayğacla əvəzlənməsi hansı zərurətdən yaranır? İstehlakçının icazəsi və imzası olmadan sayğacların dəyişilməsi nə qədər doğrudur?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bunları deyib:
““Azəriqaz” İB dövri dövlət yoxlaması bitən sayğacları yeni sayğaclarla əvəz edir. Bu, abonentin özünün iştirakı ilə də olur. Olur ki, əməkdaşlar bir neçə dəfə ünvana gəlirlər, mənzildən ya kimsə buna şərait yaratmır, ya kimisə görə bilmədikləri üçün məcbur qalıb yeniləyirlər. Burada başqa bir məqsəd yoxdur. Yeni, daha müasir sayğacdır. Dövri dövlət yoxlaması keçən sayğacları beş ildən bir yoxlamaya göndərməyəndə onun ola bilsin ki, işləməsində, yazılmasında müəyyən qüsurlar əmələ gələ bilər”.
Smart-kart tipli sayğacların artıq istismara yararsız olduğu üçün mexaniki sayğacla əvəzlənməsinə gəldikdə isə qurum rəsmisi suala belə cavab verib.
“Smart sayğaclar Metrologiya Departamentinə göndərilir. Metrologiya Departamenti “Azəriqaz” İstehsalat Birliyinə aid olmayan bir qurumdur. Əvvəllər “Azəriqaz” İB-nin balansında idi, sonra Metrologiya İnstitunun tabeleyinə verildi. Yəni bu, “Azəriqaz” İB-nin səlahiyyəti çərçivəsində deyil. Onlar yoxlayıb, həmin sayğacın təkrar istismara gedib getməyəcəyinə qərar verirlər. Biz “Azəriqaz” olaraq mexaniki, yəni sonradan ödənişli sayğacların tətbiqinə başlamışıq. Məqsədimiz daha ağıllı sayğaclara nail olmaqdır. Həmin mexaniki sayğaclara xüsusi cihazlar quraşdırılacaq, o cihazlar vasitəsilə smart tipli daha ağıllı sayğaclara nail olacağıq. Onunla onlayn ödənişlər daha rahat olacaq, bundan sonra qapını döyməyəcəklər, məsafədən oxunma, eyni zamanda, debitor borca görə avtomatik kəsilmə, debitor borc ödənilən kimi dərhal, avtomatik olaraq qazın verilişinin bərpası və bu kimi üstünlüklərə onunla nail olacağıq”.
O, həmçinin bu sayğaclarda ödəniş qayğısının olmadığını bildirib:
“Abonentə ayda bir dəfə bildiriş verilir və 30 gün müddətində bu bildirişdəki borcu ödəyirsən”.
Maraqlıdır abonentin iştirakı olmadan qaz sayğacını dəyişdirmək mümkündürmü
Qurumdan bildirilib ki, 5 ildən bir qaz sayğaclarının götürülməsi və dövrü dövlət yoxlamasının aparılması tələb olunur. Qaydalar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qoyulub. Əhali kateqoriyası 5 ildən bir, qeyri-əhali, yəni sahibkarlıq subyektlərinə aid dövrü dövlət yoxlamasının aparılması məcburi qaydadır.
Bu qaydada göstərilib ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları həmin sayğacların dövrü dövlət yoxlamasını aparan zaman mütləqdir ki, ev sahibinin iştirakı təmin olunsun. Ola bilər ki, ev sahibi evdə olmasın, 18 yaşına çatan övladları, digər ailə üzvləri evdə olmasınlar.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Dekabr 2024 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri