Icma.az
close
up
RU
Smart tipli sayğaclar niyə dəyişdirilir? Gizli plan üzə çıxdı

Smart tipli sayğaclar niyə dəyişdirilir? Gizli plan üzə çıxdı

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əhaliyə kommunal xidmət göstərən qurumların smart tipli sayğacları dəyişdirməsi cəmiyyətdə isti qarşılanmamışdı.

Narazılıq çox olmuşdu, hələ indi də var. İnsanlar hesab edir ki, mexaniki sayğaclar daha çox sərfiyyat qeydə alır. Həmin qurumlar iddialarla razılaşmır, heç bir halda fərq yaranması haqda deyilənləri qəbul etmir.

Mia.az Bizimyol.info-ya istinadla xəbər verir ki, smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum olub.

Bütün mexaniki sayğaclar üçün minimal sərfiyyat müəyyənləşdirilməsi qərara alınıb. Yəni işlətsən də, işlətməsən də müəyyən məbləği ödəməlisən. Sosial mediada həmin məbləğin, hətta 10 manat olacağını ehtimal edən yazılar gözə dəyir. Yəni yaşamadığınız mənzildə, evdə qaz və ya işıq sayğacı varsa, 20 manatınızdan keçməlisiniz. Əlbəttə, indi dəqiq heç nə məlum deyil. Məbləğ çox və ya az ola bilər.

Minimal sərfiyyat məsələsi sizə kiçik görünməsin. Azərbaycanda yüz minlərlə mənzil var ki, sahibi ölkədən kənarda yaşayır. Milyondan çox insan bölgədəki evini qoyub Abşeron yarımadasına işləmək üçün üz tutub. İndi bu adamlar ayda 10-20 manatından, bəlkə də, daha çox pulundan keçməli olacaq. Adi hesablama aylıq milyonlara iddia edilməsindən xəbər verir.

Smart tipli sayğaclar belə qərara mane olur. Çünki istehlakçı sayğaca yüklədiyi məbləğ qədər qaz və işıqdan istifadə edirdi. Bu halda onu yükləmək mümkünsüz olurdu. Mexaniki sayğac isə bu istiqamətdə yaşıl işıq yandırır.

Hər yeni qərar sanki vətəndaşın yükünü artırmağa hesablanıb. İndi buna nə ehtiyac var?! Hamıya məlumdur ki, əhalinin sosial vəziyyəti pisləşib. Qurban bayramının sönük keçməsi çox şeydən xəbər verir. Ətin kilosu 20 manatdan yuxarıdır. İnsanlar ən adi ehtiyaclarını ödəyə bilmir. Üstəlik, onların yükünü artırırıq. Bölgədə ev-eşiyini qoyub paytaxtda, Bakı kəndlərində, qəsəbələrində kirayə qalanlar niyə əlavə pul ödəsin? İnsafsızlıq deyilmi? Bu qərar müzakirə olunduğu kimi də bağlanmalıdır. Müzakirənin özü belə, artıqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://mia.az
archiveBu xəbər 13 İyun 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri