Icma.az
close
up
RU
“Smartfonlar da minimum istehlak səbətinə daxil edilməlidir” Ekspert

“Smartfonlar da minimum istehlak səbətinə daxil edilməlidir” Ekspert

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


“Yaşayış minimumu haqqında” Qanuna dəyişiklik edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat yayıb.
Millət vəkili bildirib ki, layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə edilib:
“Gözlənilir ki, sonuncu dəfə 11 il əvvəl təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyənləşdirilərək təsdiq olunacaq. Bu da adıçəkilən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir. Minimum istehlak səbətinin yenilənməsi, son təsdiqdən ötən dövrdə yaranmış yeni xərclərin də nəzərə alınmasına imkan verəcək. Yeni tərkib hazırda 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə artırılması üçün də imkanlar yaradacaq”.
Məlumat üçün bildirək ki, “Yaşayış minimumu haqqında” Qanunun 3.2-ci maddəsində minimum istehlak səbətinin tərkibinin dövlət elmi müəssisə və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən üç ildən bir az olmayaraq müəyyənləşdirildiyi qeyd olunub. Minimum istehlak səbətinin tərkibi isə sonuncu dəfə Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli qərarı ilə müəyyən edilib.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, əgər qanuna dəyişiklik edilirsə, ilk növbədə 1.1-ci maddəyə baxılmalıdır:
“Qanunun həmin maddəsində yazılır ki, minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan qida, qeyri-qida məhsulları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Hesab edirəm ki, bu anlayış yalnız fiziki sağ qalma deyil, insanın ləyaqətli həyat sürməsi üçün də nəzərdə tutulmalıdır. İnkişaf etmiş ölkələrin təcrübəsində minimum yaşayış səbəti yalnız qidanı deyil, mədəniyyət, təhsil, istirahət və ictimai iştirakı da əhatə edir. Məsələn, istehlak səbətinə kino, teatr və digər mədəni tədbirlərlə bağlı xərclər də daxil edilməlidir”.
Ekspert vurğulayıb ki, son 11 ildə insanların gündəlik ehtiyacları, yaşayış səviyyəsi, təhsil və texnologiyaya çıxış imkanları, həmçinin dünya görüşləri xeyli dəyişib:
“İnflyasiya, əmək bazarındakı dəyişikliklər, qloballaşma və pandemiya bu səbəti artıq köhnəlmiş bir sənədə çevirib. İnternet və rabitə vasitələri artıq minimum ehtiyac səviyyəsinə yüksəlib. Hazırda mövcud səbətdə internet xidmətləri üçün bir ailəyə gündə cəmi 1 saat limit qoyulub ki, bu da qeyri-məqbul yanaşmadır. Artıq bir çox dövlət, bank və təhsil xidmətləri elektron formada təqdim olunur. Bunun üçün daha uzunmüddətli internet və smartfon zəruridir. Məsələn, SİMA kimi elektron imzalardan istifadə üçün vətəndaşın smartfon telefonu olmalıdır. Bu səbəbdən, smartfon tipli rabitə avadanlıqları ayrıca olaraq minimum istehlak səbətinə daxil edilməlidir”.
O həmçinin qeyd edib ki, pandemiya təcrübəsi gigiyenik və tibbi ləvazimatlarla bağlı ehtiyaclara yenidən baxmağı zəruri edir:
“Hazırda qüvvədə olan səbət hazırlanarkən dünyada COVİD pandemiyası olmamışdı. Bu gün dezinfeksiyaedici vasitələr, maskalar, tibbi əlcəklər və digər gigiyenik məhsullar vacib sayılır”.
Allahverdi Aydın əlavə edib ki, cəmiyyətdə qidalanma mədəniyyəti də dəyişir:
“İstehlak səbətinin tərkibi buna uyğunlaşdırılmalıdır. Qırmızı ət, un, çörək, kartof və makaron kimi məhsulların norması azaldılıb, yumurta, paxlalılar, süd, balıq kimi ərzaqların payı artırılmalıdır”.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 22 May 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri