Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bu sahədə tədqiqatlar və peyk missiyaları ölkənin çağdaş tələbatına xidmət edir

Qafqazda ilk və yeganə peyk operatoru olan Azərbaycanda kosmik tədqiqatların və kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilir. Ölkəmiz milli kosmik sənayeni uğurla inkişaf etdirir. Bu, müasir qlobal çağırışlara və tendensiyalara adekvat cavab, Dördüncü Sənaye İnqilabında müəyyən etdiyi hədəfə doğru irəliləməkdir.

Onu da qeyd etmək lazımdır ki, texnoloji inkişafın təmin edilməsi, innovativ cəmiyyətin formalaşdırılması üçün həyata keçirilən irimiqyaslı layihələr arasında kosmik sahənin qurulması və inkişafı proqramının özünəməxsus yeri var. Azərbaycanın sahib olduğu və idarə etdiyi peyklər ölkənin informasiya təhlükəsizliyinə, milli dövlətçiliyə xidmət edir. Kosmik peyk layihələrinin reallaşdırılması müstəqil dövlətin kosmik sahədə digər dövlətlərdən asılılığını tam aradan qaldırıb. Ölkə bu sahədə xidmətlərin idxalçısından ixracatçısına çevrilib.

Peyk xidmətləri və əldə olunan uğurlar, perspektivlər barədə fikirlərini bizimlə bölüşən Azərkosmosun İdarə Heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Bayramov bildirdi:

– 2010-cu ildən etibarən Azərkosmos Azərbaycanın kosmik sənayesinin inkişafında mühüm rol oynayır. Hazırda qurum Azerspace-1 və Azerspace-2 peykləri vasitəsilə yayım və telekommunikasiya xidmətləri, yer müşahidəsi həlləri təqdim edir. Bu xidmətlər təkcə ölkə daxilində deyil, həm də Asiya, Afrika və Avropa regionlarını da əhatə edir. Bu gün dünyanın 50 ölkəsinə peyk həllərinin ixracını təmin edirik.

Əsas məqsəd ölkəmizin kosmik iqtisadiyyatında dayanıqlı artımı, qabaqcıl texnologiyaların tətbiqini, beynəlxalq mövqeyimizin gücləndirilməsini, kosmik ekosistemin inkişafını təmin etməkdir. Bununla yanaşı, qurum beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır və qlobal kosmik dəyərlər zəncirinə inteqrasiya olunmaqda davam edir. Hazırda növbəti nəsil peyk layihələri üzərində aparılan işlər Azərbaycanın kosmik sahədəki lider mövqeyini daha da möhkəmləndirəcək.

Bu gün kosmik sənayenin qarşısında duran əsas problemlərdən biri dayanıqlılıq, kosmik tullantıların idarə edilməsi, enerji səmərəliliyi və dayanıqlı texnoloji həllərin inkişafıdır. Azərkosmos bu istiqamətdə beynəlxalq təcrübəni tətbiq edir və BMT-nin “Sülh məqsədli kosmik fəaliyyət” prinsiplərinə, həmçinin BMT-nin Qlobal Sazişi üzrə ehtiva edilən təşəbbüslərə sadiq qalır. Belə ki, ətraf mühitə təsirlərin azaldılması, “yaşıl enerji” texnologiyalarının tətbiqi və yer müşahidə məlumatlarının ekoloji monitorinqdə istifadəsi əsas prioritetlərdəndir.

Ötən il ölkəmizdə keçirilən COP29 çərçivəsində Azərkosmos regional iqlim müşahidə platformalarının yaradılması və peyk məlumatlarının “yaşıl transformasiya” proseslərində istifadəsinə dair təkliflər irəli sürmüşdür. “İqlim dəyişikliyinə kosmosdan baxış” adlı ikidilli rəqəmsal platformada peyk təsvirləri əsasında iqlim dəyişikliklərinin qar örtüyü və buzlaqlar, su ehtiyatları, quraqlıq və şoranlaşma, kənd təsərrüfatı əraziləri və atmosfer – beş əsas istiqamət üzrə müqayisəli təhlili aparılır.

Platformanın məzmunu “Azersky” yer müşahidə peykindən əldə olunan məlumatlara əsaslanır və açıq məlumat formatında təqdim edilir. Bu açıq platforma sayəsində iqlim, su ehtiyatları, Xəzər dənizi kimi mövzular üzrə analitika, statistika və proqnozlaşdırma məlumatları tədqiqatçılar, alimlər, tələbələr üçün məlumat mənbəyidir. Məqsəd iqlim dəyişikliklərinin təsirlərini müntəzəm izləmək, aidiyyəti qurumları və ictimaiyyəti etibarlı məlumatlarla təmin etmək, regional səviyyədə iqlim məlumatı boşluqlarını doldurmaqdır.

– Azərkosmos artıq müxtəlif platformalar çərçivəsində bir sıra dövlətlərlə əməkdaşlıq edir. Kosmik fəaliyyət sahəsində sülh və rifah naminə qabaqcıl texnoloji həllər yaratmaq və davamlı inkişaf etmək istiqamətində hansı addımlar atılır?

– Azərkosmosun dünyanın qabaqcıl şirkət və təşkilatları ilə əməkdaşlığı ölkəmizi etibarlı tərəfdaş kimi tanıdır. Beynəlxalq əməkdaşlığın inkişafı Azərbaycanın kosmik sahədə beynəlxalq mövqeyinin gücləndirilməsinə, eyni ilə agentliyimizin texnoloji tərəqqisinə və rəqabətliliyin möhkəmlənməsinə xidmət edir. Azərkosmos Beynəlxalq Astronavtika Federasiyası (İAF), BMT Qlobal Sazişlər Təşəbbüsü (UNGC), İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO), Qlobal Peyk Operatorları Təşkilatı (GSOA), Asiya Sakit Okean Peyk Agentlikləri (APRSAF) və digər nüfuzlu təşkilatlarda ölkəmizi təmsil edir.

Hazırda üstünlük verdiyimiz əsas əməkdaşlıq istiqamətləri arasında peyk texnologiyalarının birgə hazırlanması, yerüstü peyk idarəetmə infrastrukturun təkmilləşdirilməsi, gənc kadr potensialının artırılması, peyk məlumatların elmi və iqtisadi istifadəsinin genişləndirilməsi məsələləri yer alır.

– Azərkosmos vasitəsilə peyk missiyaları və texnoloji tədqiqatlar genişlənir. Bu sahədə birgə tədbir və layihələrin həyata keçirilməsi, elmi mübadilə və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi necə aparılır?

– Azərkosmos hazırda yeni nəsil peyk proqramı, KOSMİK Akademiya təşəbbüsləri və beynəlxalq layihələr üzərində çalışır. Növbəti illərdə Peyk İstehsal Mərkəzinin yaradılması və Azərbaycanda ilk yüksək standartlara cavab verən peykin hazırlanması nəzərdə tutulur. Lakin məqsəd yalnız texnoloji inkişaf deyil, həm də elmi-tədqiqat potensialının artırılması və beynəlxalq bilik paylaşımıdır. Bildiyiniz kimi, ötən il Azərbaycanda və bu il Bəhreyn Krallığında, Azərkosmos və ICESCO tərəfindən təsis edilən “Kosmik Tibbin Əsasları” adlı ilk elmi-praktiki təlim təşkil edilmişdi.

Təlim proqramı mikroqravitasiya şəraitində səhiyyə praktikası, kosmosda cərrahiyyə və fizioloji dəyişikliklər kimi mövzuları əhatə etmişdir. Azərkosmos bu kimi layihələrlə ölkədə insan kapitalının inkişafına, kosmik sahədə bilikli kadrların yetişməsinə investisiya qoyur. Qadınların kosmos sektorunda fəallığını artırmaq üçün də addımlar atılır. 2024-cü ildən etibarən Azərkosmos və Space Commerce Institute birgə “Women in Space” adlı üç aylıq mentorluq proqramı həyata keçirir. Bu proqram gənc qadınlara kosmik sənayedə karyera yolunda dəstək olmağı və onların qlobal əməkdaşlıqlarda iştirakını təşviq etməyi hədəfləyir.

Qeyd etmək lazımdır ki, Azərkosmos hər il Yerin məsafədən müşahidəsi üzrə müsabiqəsi də keçirir. Məqsəd Azersky peykindən alınan arxiv təsvirləri və digər peyk məlumatlarının daha geniş istifadəsini təşviq etmək, bu sahədə elmi-tədqiqat layihələrini dəstəkləməkdir. İqtisadiyyatın müxtəlif sektorlarını əhatə edən sahələr arasında kənd təsərrüfatı, ekologiya və iqlim dəyişikliyi, şəhərsalma və əmlak məsələləri, fövqəladə hallar, turizm və digər sahələr yer alır. Beləliklə, Azərkosmos gənc alim və mütəxəssislərin peyk məlumatları ilə işləyərək yeni ideyalar irəli sürməsini və karyera bacarıqlarını artırmasını da stimullaşdırır.

KOSMİK Akademiya ilə Braziliyanın “Idea Space” arasında mövcud əməkdaşlıq sayəsində azərbaycanlı məktəblilər tərəfindən “PocketCube” adlı peykin hazırlanması və yaxın zamanda “Space X” şirkətinin raketi vasitəsilə orbitə buraxılması planlaşdırılır. Onu da vurğulayım ki, bu təşəbbüs Zəfərimizin 5 illiyinə həsr olunacaq.

Uzun müddətdir ki, Azərkosmos yerin məsafədən müşahidəsini həyata keçirir və bunun nəticəsində onlarla həll və məhsullar inkişaf etdirilmişdir. Peyk texnologiyaların sənaye inqilabına verdiyi töhfəni nəzərə alaraq düşünürəm ki, bu sahə üzrə məhsul və həllərin tətbiqi gələcəkdə daha da artacaq.

Hazırladı:
Mustafa KAMAL
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:500
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri