SOCAR ABŞ da 1,65 milyard dollarlıq aktiv alır
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
4 noyabr 2026-cı il tarixində SOCAR ilə “Comstock” şirkəti arasında “Legacy Haynesville” layihəsi üzrə “upstream” aktivlərindəki iştirak payının 20 faizinin, “Western Haynesville” layihəsi üzrə “upstream” aktivlərindəki iştirak payının 15 faizinin, eləcə də “Pinnacle Gas Services LLC”də “Comstock”a məxsus 73 faizlik iştirak payının 15 faizinin əməliyyatların idarə edilməsində iştirak hüququ olmadan SOCAR tərəfindən alınmasına dair yekun alqı-satqı müqaviləsi imzalanıb.
Banco.az xəbər verir ki, müqaviləyə əsasən, sövdələşmənin ümumi dəyəri, alış qiymətinə standart düzəlişlərin tətbiqi şərtilə 1,65 milyard ABŞ dolları təşkil edir.
SOCAR-ın “Western Haynesville” layihəsi üzrə kəşfiyyat və hasilat aktivlərindəki iştirak payı beş il keçdikdən və SOCAR həmin aktivlərə yatırdığı investisiyadan 15 faiz gəlirlilik əldə etdikdən sonra 7,5 faizə endiriləcək.
Əməliyyatın qüvvəyə minmə tarixi 1 iyul 2026-cı il müəyyən edilib.
Sövdələşmənin yekunlaşması üçün müvafiq dövlət qurumlarından razılıqların alınması və qanunvericiliyə uyğun digər hüquqi prosedurların icrası həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 05 Noyabr 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















