Icma.az
close
up
RU
“SOCAR da neftçilərin başına tibbi müayinə adı ilə oyun açırlar…” Hüquq müdafiəçisi

“SOCAR da neftçilərin başına tibbi müayinə adı ilə oyun açırlar…” Hüquq müdafiəçisi

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İşçilər hər il Bakı şəhəri, 8 Noyabr prospektində yerləşən və “Neft-Yağ” kimi tanınan çox şəraitsiz bir ərazidə tibbi müayinədən keçirlər. Əgər Azərbaycan Respublikası üzrə bütün tibb müəssisələrinə Səhiyyə Nazirliyi nəzarət edirsə, nəyə görə işçilərin rahatlığını təmin etmək məqsədilə hər kəs öz yaşadığı ərazi üzrə həkim müayinəsindan keçib arayışı onlayn formada SİMA tədbiqi vasitəsilə təqdim edə bilmir? Əgər həqiqətən SOCAR-da şəffaflığa üstünlük verilirsə, buyursunlar bu məsələ ilə əlaqədar açıqlama versinlər, neftçilərə verilən əziyyətin səbəbini açıqlasınlar.

Tribunainfo.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı yazıb. Hüquq müdafiəçisinin sözlərinə görə, tibbi arayış üçün neftçilər incidilir:

“Ümumiyyətlə, işçiləri SİMA proqramından qeydiyyatdan keçirməkdə məqsəd nə idi? Ancaq kredit götürmək, yoxsa bu kimi prosedurları innovativ olaraq asanlaşdırmaq?
Hazırda məsələn, sürücülük vəsiqəsi və ya tələbə qəbulu komissiyasına sağlamlıq haqqında arayış təqdim etmək üçün prosedurun qiyməti 40 manatdır. Maraqlıdır, görəsən neftçilərin illik həkim komissiyasından keçmələrinə görə SOCAR hər bir işçi üçün həmin tibb müəssisəsinə nə qədər pul ayırır? Əgər həmin 40 manat qədərindədirsə onda işçiləri ölkə üzrə yalnız bir məntəqədən tibbi müayinədən keçmələrinə məcburiyyətin səbəbi nədir? Nəzərə alin ki, işçi rayondan gəlib həmin məntəqədə tibbi komissiyadan keçmək üçün 1 istirahət gününü itirir, eyni zamanda maddi xərclərlə üzləşir. Xaricdə təhsil haqqında diplom olsaydı hardasa başa düşərdik ki, diplomun həqiqi olub-olmaması yoxlanılıb təsdiq olunmalıdır. Bəs bu ölkənin səhiyyə sistemi özü özünə inanmır yoxsa nədir səbəb?”.

M.Qəhrəmanlı bildirib ki, əgər həqiqətən də SOCAR-da şəffafvlığa üstünlük verilirsə, buyursunlar, bu məsələ ilə əlaqədar da açıqlama versinlər:

“Neftçilər də onlara verilən bu əziyyətin səbəbini anlasın”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar İxtiyarqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 May 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri