Icma.az
close
up
RU
SOCAR dan kütləvi ixtisarlarla bağlı yayılan iddialara CAVAB

SOCAR dan kütləvi ixtisarlarla bağlı yayılan iddialara CAVAB

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) kütləvi ixtisarlarla bağlı bir sıra sosial media resurslarında yayılan, hər hansı rəsmi mənbəyə əsaslanmayan rəqəmlər və iddialar həqiqəti əks etdirmir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı SOCAR yayıb.
Məlumata görə, 2024-2025-ci illər ərzində SOCAR-da işçi dövriyyəsi üzrə orta illik göstərici cəmi 2,4 % olub ki, bu da SOCAR-ın əmək bazarında sabit işəgötürən olduğunu təsdiq edən mühüm göstəricilərdəndir. Qeyd edilən işçi dövriyyəsinin böyük əksəriyyəti işçilərin təbii axını hesabına baş verib.
Həmçinin qeyd edilib ki, SOCAR-ın 2035-ci ilədək Korporativ Strategiyanın əsas istiqamətlərindən biri korporativ idarəetmənin təkmilləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması, biznes proseslərinin optimallaşdırılması və insan kapitalının dayanıqlı inkişafının təmin edilməsidir:
"Bu istiqamətdə həyata keçirilən tədbirlər təşkilati strukturun təkmilləşdirilməsi, biznes proseslərinin optimallaşdırılması və mövcud resursların daha səmərəli idarə olunmasına xidmət edir. Sözügedən proseslər qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilir".
SOCAR-dan onu da bildiriblər ki, 2025-ci ildə "Sustainable Fitch" reytinq agentliyi tərəfindən SOCAR-ın Ətraf mühit, Sosial və Korporativ idarəetmə istiqamətləri (ESG) üzrə fəaliyyəti beynəlxalq "ER3" reytinqi ilə qiymətləndirilib:
"Bu da qeyd olunan istiqamətlər üzrə SOCAR-da əsas siyasətlər və proseslərin mövcudluğunu, eləcə də beynəlxalq təcrübəyə uyğunlaşdırılmaqda olduğunu ifadə edir. Həmçinin SOCAR 2024-cü ildə öz Ətraf mühit, Sosial və Korporativ idarəetmə (ESG) hədəflərinə sadiqliyini nümayiş etdirərək "MSCI" ("Morgan Stanley Capital International") beynəlxalq reytinq agentliyi tərəfindən Xəzər regionunda "BBB" səviyyəsində ESG reytinqi əldə edən ilk enerji şirkəti olub. 
Bütün bunlarla bərabər onu da qeyd etmək lazımdır ki, SOCAR Qrupa daxil olan müəssisələrin hər biri ayrılıqda hüquqi şəxs və işəgötürən qismində fəaliyyət göstərir və hər bir müəssisədə əmək münasibətləri üzrə bütün əməliyyatları Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə, eləcə də işçilərin əmək hüquqlarının qorunması, sosial məsuliyyət və korporativ idarəetmə sahəsində qeyd edilən prinsiplərə uyğun həyata keçirir".
SOCAR fürsətdən istifadə edərək ictimaiyyəti və maraqlı tərəfləri yalnız şirkətin rəsmi məlumatlarına istinad etməyə çağırır. (Report.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Avqust 2026 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri