Icma.az
close
up
RU
SOCAR dövlətin milyonlarını “HAVAYA SOVURUB” ​​​​​​​Xaricdən alınan 4 milyondan artıq qaz sayğacı yararsız çıxıb

SOCAR dövlətin milyonlarını “HAVAYA SOVURUB” ​​​​​​​Xaricdən alınan 4 milyondan artıq qaz sayğacı yararsız çıxıb

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Mirvari Qəhrəmanlı: “Milyonlarla vəsaiti bu şirkətə yönəldən “qəhrəmanlar” hələ də susurlar”

“Son 5 il ərzində SOCAR “Azəriqaz” İB tərəfindən müxtəlif ölkələrdən 3 milyondan artıq məişət qaz sayğacı gətirilərək istismara verilib. Lakin onların 1 milyondan artıq hissəsi növbəti dövrü yoxlama müddəti tamamlanmadan (mövcud qaydalara əsasən sayğac ən azı 5 il istismarda olmalıdır) qaz xəttindən çıxarılaraq laboratoriyalara göndərilib. Üstəlik, milyonlarla vəsait hesabına alınan bu sayğaclar sonradan yararsız elan edilərək utilizasiya olunub”.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı açıqlayıb. Onun sözlərinə görə, 2018-ci ildən etibarən ölkəyə əsasən Alman markası olan Zenner Atmos şirkətinin adı altında Çinin Şanxay şəhərində yerləşən Zenner Metering Technology (Shanghai) Ltd. müəssisəsi tərəfindən istehsal olunan Zenner G-2.5T, Zenner G-4T, Zenner G-6T, Zenner G-4 və G-6 Smart tipli qaz sayğacları gətirilib. Bu şirkətdən 4 milyondan artıq sayğac alınıb, lakin onların əksəriyyəti zavod qüsurlu olduqları üçün qısa müddətdə şəbəkədən çıxarılaraq əvəzlənib:

“Qısası, bu sayğaclar 5 il istismarda işləməyə qadir deyil. Milyonlarla vəsaiti bu şirkətə yönəldən “qəhrəmanlar” isə hələ də susurlar”.

Qəhrəmanlının sözlərinə görə, bu ildən etibarən SOCAR “Azəriqaz” İB ilə “Esyasoft Holding” LTD arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət Azərbaycana 2,5 milyon qaz sayğacını 480 milyon dollar qarşılığında satacaq. Şirkət BƏƏ-nin Dubay şəhərində yerləşir və International Holding Company (IHC) qrupuna daxildir.

Məlumata görə, 2018-ci ildən gətirilmiş 2 milyondan bir qədər artıq Zenner Atmos sayğacının artıq 800 mindən çoxu istismardan çıxarılıb. Lakin istehsalçıya bir dənə də olsun sayğac geri qaytarılmayıb. Nəticədə respublikada qaz itkiləri dayanmadan artır. Təkcə 2025-ci ilin 7 ayı ərzində qəbul olunan qazın 549 milyon 333 min 633 kubmetri itkiyə gedib, yəni havaya sovrulub.

M.Qəhrəmanlı bildirib ki, SOCAR “Azəriqaz” İB 2025-ci ilin sentyabr-oktyabr aylarında yeni əməliyyat modelinə keçəcək:

“Əvvəlki strukturda, məsələn, Quba qaz xidmət sahəsində TQQ və SX (Təbii qazın qəbulu və satışı xidməti) və SQ və İX (Sayğac quraşdırma və istismar xidməti) fəaliyyət göstərirdi. TQQ və SX-də 1 rəis, 3 mühəndis, 3 texnik, SQ və İX-də isə 1 rəis və 3 mühəndis ştatı mövcud idi. Hazırda isə yeni əməliyyat modelinə əsasən bu xidmətlər birləşdirilərək Sayğac əməliyyatları xidməti yaradılıb. Burada 1 rəis, 1 satış üzrə mühəndis və 1 sayğac əvəzlənmə üzrə mühəndis fəaliyyət göstərəcək. Xəzər regionunda isə Kommersiya şöbəsində mühəndislərin sayı 6-dan 19-a qaldırılıb.

Mütəxəssislərin sözlərinə görə, bu yeni əməliyyat modelinin tətbiqindən sonra “Azəriqaz”ın itkiləri 2-3 dəfə artacaq”.

Hurriyyet.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Avqust 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see181

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see180

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see164

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see150

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see136

Şimali Koreya Yapon dənizinə iki ballistik raket atıb

04 Yanvar 2026 06:22see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri