SOCAR Green və Universal Energy Azərbaycanda yaşıl enerjinin inkişafı üçün qüvvələrini birləşdirir
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
"SOCAR Green" MMC və "Universal Energy Co. Ltd." arasında Azərbaycanda bərpaolunan enerji layihələrinin birgə həyata keçirilməsi imkanlarının araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "SOCAR Green" məlumat dərc edib.
Bildirilib ki, saziş ölkədə bərpa olunan enerji infrastrukturunun gücləndirilməsi məqsədilə günəş və külək enerjisi (quruda və dənizdə), eləcə də enerji saxlama sistemləri sahəsində layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın əsasını qoyur.
"Sənəd layihənin hazırlanması, EPC (mühəndislik, satınalma və tikinti) və O&M (istismar və texniki xidmət) sahələrində birgə fəaliyyəti nəzərdə tutur. Bu strateji tərəfdaşlıq regionda davamlı enerji həllərinin irəliləyişinə doğru mühüm addımdır", - deyə "SOCAR Green"dən bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 28 Aprel 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















