Icma.az
close
up
RU
“SOCAR Green” Azərbaycanda “yaşıl enerji” mənbələrinin inkişafı üçün strateji sazişlər imzalayıb

“SOCAR Green” Azərbaycanda “yaşıl enerji” mənbələrinin inkişafı üçün strateji sazişlər imzalayıb

Icma.az bildirir, Operativmedia saytına əsaslanaraq.

Bakıda keçirilən COP29 konfransı çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə “SOCAR Green” şirkəti bərpa olunan enerji mənbələrinin inkişafı, enerji effektivliyi və Azərbaycanın davamlı gələcəyinin dəstəklənməsinə yönəlmiş bir neçə strateji saziş imzalayıb

"Operativ Media" SOCAR-a istinadən xəbər verir ki, bu strateji tərəfdaşlıq innovasiyaların irəliləməsi, karbon emissiyalarının azaldılması və “yaşıl iqtisadiyyat”ın inkişafı üçün açardır.

İmzalanan sənədlərdən biri “SOCAR Green”, “Siemens Energy” və “Nobel Energy” şirkətləri arasında bərpa olunan enerji layihələrinin birgə işlənməsi, enerji təhlükəsizliyinin artırılması və regionun daha təmiz enerjiyə keçidinin sürətləndirilməsi üçün Anlaşma Memorandumudur.

Həmçinin, “SOCAR Green”, “Smart Sustainability Solutions” və “VEMA SA” şirkətləri arasında metan ilə mübarizə, karbon tutulması və digər sahələrə diqqət yetirməklə Azərbaycanın enerji sektorunda ekoloji təmiz həllərin tətbiqi üzrə Strateji Əməkdaşlıq Sazişi imzalanıb.

Bundan başqa, “SOCAR Green” və “Esyasoft Holding” arasında bərpa olunan enerji mənbələri, dayanıqlılıq və ekoloji həllər sahəsində təminat səylərini gücləndirərək əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bundan başqa, “SOCAR Green” və Səudiyyə Ərəbistanının “FAS Renewables Company” arasında damüstü günəş elektrik qurğularının yaradılmasının məqsədəuyğunluğunun qiymətləndirilməsi və orta həcmli günəş layihələrinin öyrənilməsi üzrə Anlaşma Memorandumu, “SOCAR Green” və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində enerji səmərəliliyinin artırılması və bərpa olunan həllərin genişləndirilməsi üzrə Anlaşma Memorandumu da var.

İmzalanan sonuncu sənəd isə “SOCAR Green və Asiya İnkişaf Bankı arasında “SOCAR Green” şirkətinin əməliyyat modelinin gücləndirilməsi, dekarbonizasiya məqsədləri ilə uyğunlaşmanın dəstəklənməsi üzrə texniki yardımın göstərilməsinə dair Əməkdaşlıq Sazişidir.

Xatırladaq ki, 2023-cü ilin dekabr ayında SOCAR-n Müşahidə Şurasının iclasında “SOCAR Green” MMC şirkətinin təsis edilməsi qərara alınıb. Şirkətin əsas məqsədi SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin effektiv idarə edilməsi, bu sahədə beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdən ibarətdir.

Bərpaolunan enerji, "yaşıl hidrogen"in istehsalı, karbonun tutulması, utilizasiyası və saxlanılması kimi layihələrin icrası, ölkə üzrə karbon emissiyasının azaldılması üçün strateji yol xəritələrinin hazırlanmasında müvafiq köməkliyin göstərilməsi şirkətin əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Eyni zamanda, yeni yaradılan şirkət qeyd olunan sahələrdə beynəlxalq təcrübələrin öyrənilməsini və ölkəmizdə tətbiqini həyata keçirəcək.

“SOCAR Green” MMC Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə "Meqa” layihəsinin ilkin mərhələsində quruda 1 QVt gücündə külək və günəş enerjisi, BP şirkəti ilə birgə “Şəfəq” layihəsi çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə günəş enerjisi layihələrini icra edəcək. Həmçinin şirkət tərəfindən “ACWA Power”, “Masdar” və “Energy China” şirkətləri ilə birgə Naxçıvan Muxtar Respublikasında günəş və külək enerjisi layihələrinin icrası nəzərdə tutulur. Qeyd olunan nüfuzlu şirkətlərlə əməkdaşlıq etməklə “SOCAR Green” MMC "yaşıl enerji", dekarbonizasiya və aşağı karbonlu layihələrin Azərbaycanda və xaricdə həyata keçirilməsində, SOCAR üçün yeni biznes imkanlarının yaradılmasında, bu sahələrdə kadr bazasının formalaşdırılmasında və mövcud potensialın gücləndirilməsində, həmçinin “xalis sıfır” emissiya hədəflərinə çatmaqda öz müsbət töhfəsini verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 14 Noyabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri