Icma.az
close
up
RU
“SOCAR Green”: Azərbaycanda “yaşıl enerji” sənayesinin inkişafı dövlət özəl tərəfdaşlığını tələb edir

“SOCAR Green”: Azərbaycanda “yaşıl enerji” sənayesinin inkişafı dövlət özəl tərəfdaşlığını tələb edir

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda bərpa olunan enerji üzrə yeni sənaye sahələrinin, o cümlədən geotermal enerji sektorunun inkişafı üçün dövlətlə özəl sektor arasında səmərəli əməkdaşlığa ehtiyac var:

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "SOCAR Green" şirkətinin direktoru Elmir Musayev Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində "Yaşıl enerji – Xəzər regionunda potensialının reallaşdırılması" panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti geotermal sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atır: "Biz də, "SOCAR Green" olaraq, potensial tərəfdaşlarla və müxtəlif beynəlxalq təşkilatlarla danışıqlar aparırıq. Geotermal sahəni sadəcə nümunə kimi qeyd edirəm. Bu kimi yeni sənaye istiqamətləri, xüsusilə də Azərbaycan kimi ölkələrdə, dövlət-özəl tərəfdaşlığını zəruri edir. Burada söhbət təkcə texniki bilik və ya qiymətləndirmə imkanlarına malik şirkətləri cəlb etməkdən getmir. Ölkənin strateji prioritetlərinə uyğun olaraq, hökumət bu sahələrin inkişafını stimullaşdırmaq üçün müəyyən subsidiyalar və güzəştlər təqdim edə bilər".

E. Musayev qeyd edib ki, günəş və külək enerjisi sahəsində müəyyən irəliləyişlər əldə olunub: "Artıq bu istiqamətlərdə müəyyən yenilənmiş tariflər tətbiq olunur. Bununla yanaşı, enerji saxlama sistemləri - xüsusilə batareya texnologiyaları - bu sahədə yeni və vacib bir tələb kimi ortaya çıxır. Günəş və külək enerjisi layihələrinə dair gələcək investisiyalarda bu texnologiyalar qaçılmaz olacaq. Biz investor olaraq investisiya hüquqlarımızın qorunmasına xüsusi önəm veririk. Eyni zamanda dövlətə məxsus bir qurum kimi müxtəlif maraqlı tərəflər - İqtisadiyyat və Energetika nazirlikləri, digər hökumət strukturları, özəl şirkətlər və ölkədə fəaliyyət göstərən xarici investorlarla sıx əməkdaşlıq quraraq qarşılıqlı kommunikasiyanın daha effektiv və rahat olmasına çalışırıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 İyun 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri