Icma.az
close
up
RU
SOCAR ilə “Chartered Quality Institute” arasında korporativ tərəfdaşlıq əlaqələri qurulub

SOCAR ilə “Chartered Quality Institute” arasında korporativ tərəfdaşlıq əlaqələri qurulub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 21 iyun, AZƏRTAC

SOCAR beynəlxalq keyfiyyət idarəetməsi sahəsində nüfuzlu təşkilatlardan biri olan “Chartered Quality Institute” (CQI) ilə korporativ tərəfdaşlıq əlaqələri qurub.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, şirkətin CQI ilə korporativ tərəfdaşlığı şirkətin keyfiyyətin idarə olunması və əməliyyat proseslərində beynəlxalq standartlara uyğunluq istiqamətində atdığı strateji addımlardan biridir. Bu tərəfdaşlıq SOCAR əməkdaşlarının qlobal təcrübələrdən, o cümlədən dünyanın aparıcı təşkilatlarının istifadə etdiyi qabaqcıl keyfiyyət idarəetmə metodologiyalarından, CQI və “International Register of Certificated Auditors” (IRCA) tərəfindən təsdiqlənmiş təlim və sertifikatlaşdırma imkanlarından faydalanmalarına imkan verəcək. Həmçinin SOCAR-ın beynəlxalq arenada etibarlı, şəffaf və keyfiyyətə önəm verən korporativ lider kimi mövqeyini daha da gücləndirəcək.

Əməkdaşlıq, eyni zamanda, şirkətin sosial məsuliyyət, sənaye təhlükəsizliyi, ətraf mühitə təsirlərin azaldılması və daxili potensialın inkişafı kimi sahələrdə fəaliyyətinin daha da gücləndirməsinə imkan yaradacaq.

CQI-nin əsas məqsədi müəssisələrin effektivliyini, dayanıqlığını və müştəri məmnuniyyətini artırmaq üçün strukturlaşdırılmış keyfiyyət idarəetmə yanaşmalarının tətbiqini təşviq etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see192

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see181

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see132

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri