Icma.az
close
up
RU
Güclü tərəfdaşlıq əlaqələri

Güclü tərəfdaşlıq əlaqələri

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Bu gün Azərbaycanın dünya dövlətləri birliyində mövqeyi möhkəmləndikcə, ölkəmizin təşəbbüsü ilə yaradılmış beynəlxalq təsisatların da nüfuzu durmadan artır. O cümlədən mövcud regional və qlobal problemlərin ətraflı müzakirəsi və bütün digər istiqamətlərdə məhsuldar fikir mübadilələrinin aparılması üçün son dərəcə əverişli beynəlxalq iqtisadi-siyasi platforma olan Bakı Qlobal Forumunun getdikcə daha böyük əhəmiyyət kəsb etməsi də artıq inkar olunmayacaq bir faktdır. Təsadüfi deyil ki, martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə öz işinə başlamış “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu tədbirin açılış mərasimində iştirak edən möhtərəm dövlət başçımız tərəfindən yüksək qiymətləndirilmişdir. Cənab Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzini belə bir mühüm beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə təbrik etmişdir.

Hər zaman olduğu kimi, öz çıxışlarını obyektiv təhlillər və prinsipial yanaşmalar üzərində quran Prezident İlham Əliyev bu dəfəki nitqində də beynəlxalq ictimaiyyəti son dərəcə narahat edən bir çox problemlərə toxundu. Dövlət başçımızın çıxışında diqqət mərkəzinə çəkilən əsas məqamlardan biri bu oldu ki, bu gün dünyada getdikcə sayı artan münaqişə ocaqlarının əsasında hansı ziddiyyətlərin durduğunu araşdırsaq, bu zaman onların əksəriyyətinin münaqişə tərəfləri olan ölkələrin deyil, onların daxili işlərinə müdaxilə etməyə çalışan böyük dövlətlərin apardıqları siyasət nəticəsində yarandığını görərik. Əlbəttə ki, bu, ilk növbədə ikili standartlar siyasəti təcrübəsinin və beynəlxalq hüququn pozulmasının nəticələridir.
Bu gün Fransa prezidentinin ofisi, cənab Makron, onların “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər mətbuatı ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyalarını səngitmək bilmirlər. Əksinə Fransa hər vəchlə Ermənistanı yeni müharibəyə təhrik etməyə çalışır. Fransa və onun Prezidentinin Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. Avropanın Sülh Fondu bu ölkəyə məhz silahlanma məqsədlərinə milyonlarla dollar pul göndərir. Fransa Ermənistana məhvedici silahlar göndərir. Onlar bunu niyə edirlər? Onlar nəyə hazırlaşırlar? Əlbəttə ki, bu suallar ətrafında XII Qlobal Bakı Forumunda geniş müzakirələrin aparılması da son dərəcə məqsədəuyğun olardı.
Forumda birmənalı olaraq müzakirə ediləcək məsələlərdən biri də yeni geosiyasi vəziyyətla bağlı olacaq. Bu gün bütün dünya ABŞ-də gedən prosesləri diqqətlə izləyir. Azərbaycanın da bu proseslərə marağı xüsusidir. Səbəb də budur ki, cənab Antoni Blinkenin Azərbaycana aid siyasəti, əslində, 30 ilə qurulmuş ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi. Ölkəmiz hər zaman ABŞ-ın çox etibarlı, yaxın tərəfdaşı olmuşdur. O cümlədən 2001-ci ildə Əfqanıstanda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələrindən biri də məhz Azərbaycan idi. Lakin qoşunlarımız ordan çıxandan sonra ABŞ ölkəmizə yenidən sanksiya tətbiq etdilər. Bu əlbəttə ki, iki ölkə arasında münasibətlərə böyük zərbə oldu. Lakin Azərbaycan hökuməti Dövlət Departamentinin bütün səylərinə baxmayaraq, ABŞ-Azərbaycan münasibətlərinin tam uçuruma yuvarlanmasına yol vermədi. Hazırda böyük ümidlər var ki, yeni Administrasiya ilə Cənubi Qafqaz, sülh, təhlükəsizlik, antiterror əməliyyatları, regionumuzun müasir inkişafı üçün hər zaman vacib olmuş güclü tərəfdaşlıq əlaqələri yenidən qurulacaq.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri