SOCAR ın prezidenti Kot d İvuarda görüşlər keçirib
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
SOCAR prezidenti Rövşən Nəcəf Kot-d'İvuar Respublikasının Abican şəhərində səfərdə olub.
BAKU.WS xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və SOCAR-ın nümayəndələrindən ibarət heyətin səfəri çərçivəsində Kot-d'İvuarın Xarici İşlər Nazirliyinin və enerji sektoru üzrə yüksəksəviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib.
Qeyd edək ki, səfərdə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və müşayiət edən əməkdaşlar tərəfindən təmsil olunublar.
Kot-d'İvuarın Mədənlər, Neft və Energetika Nazirliyinin, həmçinin Nazirliyin Karbohidrogenlər üzrə baş direktorluğunun, eləcə də Kot-d'İvuarın milli neft şirkəti olan "PetroCI"nin rəhbər heyəti ilə görüşlərdə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən neft və qaz sektorunda birgə layihələrin həyata keçirilməsi, investisiya imkanları və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.
Görüşlərdə SOCAR tərəfindən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10% payın alınması ilə bağlı, o cümlədən layihənin inkişaf mərhələləri, hasilat imkanları, logistika və kommersiya məsələləri barədə geniş fikir mübadiləsi aparılıb. Layihənin SOCAR-ın Afrikada fəaliyyət coğrafiyasını genişləndirmək və beynəlxalq enerji bazarlarında mövqeyini gücləndirmək baxımından strateji əhəmiyyəti vurğulanıb.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 06 Mart 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















