SOCAR ın Ukrayna obyektinə dəyən ziyan müəyyənləşdirilir
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Rusiya Silahlı Qüvvələrinin SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatları ilə zərbə endirməsi nəticəsində dəyən ziyan müəyyənləşdirilir.
“SOCAR Energy Ukraine” şirkətindən verilən məlumatda bildirilib ki, iyulun 5-i axşam saatlarında Nikolayev vilayətində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqəsi 3 dron hücumuna məruz qalıb və nəticədə partlayış baş verib. Yanacaqdoldurma məntəqəsinin bərpası işlərinə başlanılıb.
Xatırladaq ki, ötən ilin yayında Ukraynanın Jitomir vilayətinin Berezina kəndində baş vermiş partlayışlar nəticəsində Azərbaycanın “SOCAR Energy Ukraine” şirkətinə məxsus iki yanacaqdoldurma məntəqəsinə də ciddi ziyan dəymişdi. Bundan başqa, avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” tipli pilotsuz uçuş aparatları ilə hücum etmişdi. PUA zərbələri nəticəsində yanğın baş vermiş, 4 nəfər ağır yaralanmışdı.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 07 İyul 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















