Icma.az
close
up
RU
Odessada SOCAR ın obyektinə Rusiyanın raket hücumu

Odessada SOCAR ın obyektinə Rusiyanın raket hücumu

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bu günlərdə Ukraynanın Odessa istiqamətindəki qaz kəməri sisteminə və SOCAR-ın yanacaqdoldurma məntəqəsinə edilən raket hücumları, Rusiyanın Azər­baycanın suverenliyinə və iqtisadi təhlükəsizliyinə qarşı atdığı açıq təhdidlər kimi qiymətləndirilir. Bu addım­lar təkcə müharibə qaydalarını pozmaqla qalmayıb, həm də beynəlxalq hüquqa, o cümlədən diplomatik və mülki obyektlərin toxunulmazlığını təmin edən Vyana Konvensiyasına qarşı hörmətsizliyin bariz nümunəsidir. Rusiyanın bu davranışı, onun postsovet məkanında hələ də imperiya ambisiyalarını reallaşdırmağa çalışdığını, lakin Azərbaycanın güclü və müstəqil siyasəti fonunda bu cəhdlərinin uğursuzluğa məhkum olduğunu göstərir.

Azərbaycanın Ukraynada­kı səfirliyi yaxınlığında raket zərbəsi endirilməsi, daha sonra SOCAR-ın ofisi və qaz nəqli sisteminin hücuma məruz qal­ması adi bir hadisə kimi qiymət­ləndirilə bilməz. Bu, Rusiyanın Azərbaycanın Ukraynadakı fəaliyyətinə bilərəkdən zərbə vurmağa yönəlmiş düşünülmüş siyasətinin tərkib hissəsidir. Bu hərəkətlər Moskva tərəfindən Azərbaycanın müstəqil ener­ji və tranzit siyasətinə qarşı qəzəbin ifadəsidir. Kreml Ba­kının uğurlu regional siyasəti və beynəlxalq dəstəyi fonunda təsirinin azaldığını gördükcə, təzyiqləri artırmağa çalışır.

Rusiya siyasi dairələrinin təbliğat maşınlarından biri olan “Moskovskiy komsolets” qəze­tinin avqustun 8-də dərc etdiyi məqalə Moskvanın bəd niyyət­lərini açıq şəkildə ortaya qoyur. “Rusiya Bakı ilə bağlı enerji sxemlərinə arxalanan hər kəsə şillə vurdu” başlıqlı məqalə su­veren dövlətlərə qarşı şovinist və himayədar bir ton nüma­yiş etdirir. Odessada baş verən partlayışların Kiyevə və Bakı­ya ünvanlanmış “aydın siqnal” olması, həmçinin bu hadisənin “Rusiyadan yan keçərək yana­caq tədarükünü təşkil etmək cəhdlərinin qarşısının alınması” kimi təqdim edilməsi Rusiyanın digər ölkələrin enerji siyasətini diktə etmək hüququna malik olduğu fikrini əks etdirir. “Stra­teji sillə” kimi ifadələrin istifa­dəsi isə dominant və aqressiv mövqeyin bariz göstəricisidir.

Məqalə faktiki olaraq hərbi qüvvədən istifadəni və mülki infrastrukturun məhv edilmə­sini xarici siyasət aləti kimi haqlı çıxarmağa çalışır. Bu, Rusiyanın öz məqsədlərinə çat­maq üçün destruktiv metodla­ra əl atmaqdan çəkinmədiyini və bununla regional sabitliyi təhdid etdiyini göstərir. Şübhə yoxdur ki, “Naftoqaz” Qrupu­nun “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan qazının alınmasına dair ilk müqavilə­nin bağlanması Rusiyada ciddi qəzəb və hiddət doğurub. Bu, bir vaxtlar Rusiyanın qazını ix­rac etdiyi boru kəmərlərindən Ukraynanın indi Azərbaycan qazını idxal etməsi deməkdir. Bu vəziyyət Rusiyanın regional enerji siyasətindəki mövqeyini sarsıtdığı üçün Kreml bu real­lıqla barışmaq istəmir və hərbi zərbələr vasitəsilə cavab verir. 

AZAL təyyarəsinin vurul­ması faktı da beynəlxalq hüquq normalarına tamamilə ziddir. Mülki aviasiya obyektlərinə qarşı hərbi müdaxilə, Chica­go Konvensiyası və BMT-nin hava nəqliyyatı üzrə prinsipləri baxımından ciddi pozuntu he­sab olunur. Hadisənin Rusiya hərbi qüvvələrinin nəzarətində olan ərazidə baş verməsi məsu­liyyəti birbaşa Moskvanın üzə­rinə qoyur. Rusiya rəhbərliyinin hadisəyə görə üzr istəməməsi, kompensasiya ödəməməsi və günahkarların cəzalandırılması­na çalışmaması təkcə bir dövlə­tin hava məkanına hörmətsizlik deyil, həm də regionda sabitliyə qarşı yönəlmiş təhlükəli prese­dentdir.

Eyni zamanda, Yekaterin­burqda azərbaycanlılara qarşı baş vermiş hücumlar da etnik motivli zorakılıq kimi qiymət­ləndirilir. Rusiya hüquq-mü­hafizə orqanlarının passiv mövqeyi və cinayətkarların cə­zalandırılmaması ictimai narazı­lığı artırır. Bu hadisələr diaspor münasibətlərinə, insan hüquq­larına və dövlətlərarası etimada zərbə vurur. Azərbaycan ictima­iyyəti bu hadisələrə qarşı etiraz­larını bildirir, Rusiya hökumə­tindən ədalətli araşdırma və cəza tələb edir, lakin Moskvanın susqunluğu və qeyri-kafi reak­siyası münasibətlərdə etimad böhranı yaradır.

Ümumiyyətlə, Rusiya uzun illərdir Cənubi Qafqazda öz maraqlarını qorumaq üçün ba­lanssız və imperialist siyasət yürüdür. Bu siyasət regionda sabitliyə deyil, gərginliyə və asılılığa xidmət edir. Xüsusilə Azərbaycanla bağlı məsələlər­də Moskvanın tutduğu mövqe, beynəlxalq hüquq normalarına və regional reallıqlara ziddir. Rusiya Cənubi Qafqazda sülh və əməkdaşlıq istəyirsə, yırtı­cı və destruktiv siyasətdən əl çəkməli, Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir. Bu, yalnız regionun deyil, Rusi­yanın özünün də gələcək nüfuzu və etibarı üçün vacibdir.

Bir sözlə, bu hadisələr bey­nəlxalq hüquq, insan hüquqları və diplomatik etimad baxımın­dan ciddi narahatlıqlar doğurur. Məsuliyyətin əsas yükü Mosk­vanın üzərinə düşür və gərgin­liyin aradan qaldırılması üçün Rusiya tərəfi konkret, şəffaf və hüquqi əsaslı addımlar atmalı­dır. Əks halda, regionda sabitlik və əməkdaşlıq perspektivləri ciddi şəkildə zədələnə bilər.

M.SƏBUHİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Avqust 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri