Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

“SOCAR ın “Yaşıl” təyinatlı istiqrazlar Azərbaycanın kapital bazarlarının inkişafına ciddi töhfə verəcək” VİDEOMÜSAHİBƏ

“SOCAR ın “Yaşıl” təyinatlı istiqrazlar Azərbaycanın kapital bazarlarının inkişafına ciddi töhfə verəcək” VİDEOMÜSAHİBƏ

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

AZXEBER.COM-un müsahibi "SOCAR Capital”ın kapital bazarları üzrə baş məsləhətçisi Əli Ağaoğludur.

""Yaşıl" təyinatlı istiqrazlardan da hamı eyni qaydada bəhrələnəcək”.

- Əli bəy, SOCAR-ın "yaşıl” təyinatlı istiqrazları digər istiqrazlardan nə ilə fərqlənir?

- SOCAR-ın bundan əvvəl iki istiqrazı var idi. "Yaşıl" təyinatlı istiqrazlar bunlardan sonuncusudur. Texniki baxımdan 3 istiqraz arasında heç bir fərq yoxdur. Bu istiqrazlar da digərləri kimi 5 illik müddətə buraxılıb. Konkret bir faizi var və hər rüblükdə kupon ödənişi edilir. "Yaşıl" təyinatlı istiqrazların ən mühüm fərqi bu istiqrazların emissiyasından əldə edilən bütün vəsaitin "SOCAR Green" MMC şirkətinə verilməsidir. Bu gəlir yalnız ekoloji layihələrdə istifadə olunur. Ona görə də SOCAR-ın başqa istiqrazlardan əldə etdiyi gəlirlər başqa layihələrin icrasında istifadə olunursa, "yaşıl" təyinatlı istiqrazlardan əldə edilən gəlirlər bu sahədə istifadə olunacaq. Bu o deməkdir ki, ekoloji düşüncəsi olan və ya ekologiyaya önəm verən investorlar buradan qazandıqları gəlirin lazımi yerdə istifadə olunduğunu bildikləri üçün özlərini daha rahat hiss edəcəklər.

- "Yaşıl” təyinatlı istiqrazların əsas auditoriyası kimlərdir? Yəni, iri investorlar, kiçik sahibkarlar, yoxsa bütün vətəndaşlardır?

- Əvvəla, onu deyim ki, bütün investorlar bu istiqrazları rahat şəkildə əldə edə bilirlər. Əslində, bizdə istiqrazların satış auditoriyası baxımından heç bir ayrı-seçkilik yoxdur. Ancaq fərqlər var. Məsələn, ilk istiqrazımızı hamı əldə edə bilirdi - həm fiziki, həm də hüquqi şəxslər. İkinci istiqrazımızda öncəlik fiziki şəxslərə verilmişdi. Bunun nəticəsidir ki, həmin istiqraz sahiblərinin 60%-i fiziki şəxslər olmuşdu. "Yaşıl" təyinatlı istiqrazlardan da hamı eyni qaydada bəhrələnəcək. Ancaq bunun digərlərindən fərqi sözügedən istiqrazlara tələbatın çox olmasıdır. Və bu izafi tələbə görə biz onları mütənasib dediyimiz ümumi tələbə - yəni hamının tələb etdiyi və ya abunə formasına daxil etdiyi məbləğə görə qiymətləndirəcəyik. Onlar da həmin nisbətin istiqamətini ala biləcəklər.

- "Yaşıl” təyinatlı istiqrazları almaq prosesi necə həyata keçirilir? Onlayn və ya bank vasitəsilə əldə etmək mümkündürmü?

- "Yaşıl" təyinatlı istiqrazları almaq üçün 1 və 5 saylı "ASAN Xidmət” mərkəzlərindən, Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətlərindən və Azərbaycan Beynəlxalq Bankı, "Kapital Bank", "Bank Respublika" və "Paşa Bank”ın mobil tətbiqləri vasitəsilə əldə etmək mümkündür. Ən önəmlisi isə bütün investor şirkətlər vasitəsilə istiqrazların alışına abunə olmaq mümkündür. Öncələr çox uzun vaxt aparan prosedurları indi qısaltdıq.

- "Yaşıl” təyinatlı istiqrazların gəlirliliyi necə müəyyənləşir? Faiz dərəcəsi sabitdirmi, yoxsa dəyişiklik mümkündür?

- "Yaşıl” təyinatlı istiqrazların gəlirliliyi sabitdir. Hər 3 aydan bir 1000 dollar üçün 15 dollar faiz hesablanır. Hər il 1000 dollar üçün 60 dollar faiz alacaqsınız.

İstədikləri zaman bu istiqrazları girov qoyub kredit də götürə bilərlər.

- "Yaşıl" təyinatlı istiqrazların dəyəri zamanla dəyişə bilərmi? Yəni, bazar tələbi istiqrazların dəyərinə təsir edə bilər?

- Təbii ki, "yaşıl” təyiantlı istiqrazların qiymətləri təkrar bazarda arta bilər. "SOCAR Capital” olaraq bazara çıxardığımız ikinci istiqrazda çox ciddi qiymət artımı gördük. "Yaşıl” təyinatlı istiqrazlarda da bənzər hadisə ortaya çıxa bilər. Ancaq bazarda "market maker" tətbiq ediləcək. Nəticədə qiymətin müəyyən olunmuş məbləğdən aşağı düşməməsi üçün əllərindən gələni edəcəklər.

- "Yaşıl" təyinatlı istiqraz sahibləri onları istədiyi vaxt satıb likvid vəsaitə çevirə bilərmi? Yoxsa yalnız müəyyən dövrlərdə bu satış mümkündür?

- Xeyr, bunun üçün xüsusi vaxta ehtiyac yoxdur. İstiqraz sahibi həmin istiqrazları istədiyi vaxt sata bilər. Hətta istədikləri zaman bu istiqrazları girov qoyub kredit də götürə bilərlər. Vaxtı çatdıqda kredit ödənişini edib yenidən öz istiqrazına sahib ola bilərlər. Və ya birjada "repo" əməliyyatı həyata keçirə bilərlər ki, müəyyən bir müddətlik lazım olan fondu əldə edib, daha sonra istiqrazını geri istəyənlər bunları "repo" əməliyyatlarına daxil edə bilərlər.

- "Yaşıl" təyinatlı istiqrazlara maraq hansı səviyyədədir?

- 2016-cı ildə çıxardığımız ilk istiqraza maraq 2015-ci il baş verən devalivasiya prosesindən sonrakı dönəmdə olduğu üçün buna inam çox zəif idi. Etiraf edim ki, şərtlər də çox çətin idi. İstiqrazı almaq və ya satmaq 2 il yarıma qədər vaxt alırdı. Hazırda həmin müddəti 15 dəqiqəyə qədər endirmişik.

2021-ci ildə bazara çıxardığımız istiqraza inam daha çox oldu və həmin istiqrazların faiz ödənişləri tam zamanında edildi. Bazara təqdim etdiyimiz ikinci istiqrazımız çox tez bir zamanda satıldı. Həmin istiqrazlara tələb 4 dəfədən çox oldu. Bu istiqrazlarda hazırda 200 milyon dollarlıq emissiya həcmimiz var. Bununla yanaşı hələ də istiqraz əldə etmək istəyənlər var. İstiqrazları əldə etmək istəyənlər gələn həftə bu işləri bitirəcəklər.

- İstiqrazların satışı zamanı hər hansı komissiya tutulurmu?

- Normal investisiya şirkətləri və birjanın əldə etdiyi komissiyalardan başqa SOCAR şirkəti olaraq biz istiqrazların satışı zamanıheç bir komissiya tutmuruq. SOCAR bu emissiyanı etdikdən sonra "market maker"lə olan münasibətindən başqa bazarda hər hansı alqı-satqı etmək məcburiyyətində deyil. Birjada istiqrazını satmaq istəyən almaq istəyənlə üz-üzə gəlir. Bütün istiqrazlarda olduğu kimi investor şirkətlərin tələb etdiyi komissiyadan başqa heç bir ödəniş olmayacaq.

"Azərbaycanın kapital bazarının son 10 ildəki inkişafı qürur duyulacaq səviyyədədir”.

- Bir az da təkrar bazar əməliyyatlarından danışaq. Bazar əməliyyatları yenidən nə vaxt olacaq?

- Bu istiqrazların abunə qeydiyyat müddəti fevral ayının 28-də başa çatır. Yerləşdirmə isə martın 7-də baş tutacaq. Yerləşdirmə həyata keçirildikdən sonra yenidən bazar əməliyyatları başlayacaq. Mart, iyun, sentyabr və dekabr aylarında rübliklərdə faiz ödənişləri ediləcək ki, bu ödənişlər də birbaşa hesaba yatırılacaq.

- Azərbaycanın kapital bazarını beynəlxalq kapital bazarı ilə müqayisə etsək nə deyə bilərsiniz?

- Əvvəlcə, Azərbaycan kapital bazarını Türkiyə kapital bazarı ilə müqayisə edim. Çünki Türkiyə beynəlxalq ictimai bazarlardan bir az geri qalır, amma deyə bilərəm ki, Türkiyənin təxminən 15-20 il əvvəlki kapital bazarı indi yoxdur. Hazırkı Türkiyə və Azərbaycan kapital bazarlarını müqayisə etsək, Türkiyə təbii ki, əməliyyatların həcmi, ölçüsü baxımından öndədir.

Etiraf edək ki, ABŞ kapital bazarı və ya Avropa fond birjaları bütün ölkələrdən irəlidədir. Amma Azərbaycanın son 10 ildəki inkişafı qürur duyulacaq səviyyədədir. Çünki 10 il əvvələ və ya 2016-cı ilə nəzər saldıqda, 2025-ci ildən 2016-cı ilə qədər çox ciddi rəqəmlər müşahidə olunur. Burada 170-ə yaxın 35-dən çox emitentin 140-a yaxın emissiyası var.

- SOCAR-ın "yaşıl"istiqraz layihəsi gələcəkdə digər dövlət və ya özəl şirkətlər üçün nümunə ola bilərmi?

- Bundan əvvəl çıxardığımız iki istiqraz nümunə oldu, örnək təşkil etdi. Həm də bazar iqtisadiyyatının yaxşı işləməsinə dəstək oldu. "Yaşıl" təyinatlı istiqrazın da Azərbaycan kapital bazarlarına əvvəlki istiqrazlarımız kimi dəyər qatacağını, töhvə verəcəyini düşünürük.

Günel Hüseynli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Fevral 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see244

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see173

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see161

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri