Icma.az
close
up
RU
SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 …Azərbaycanda ilk Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) 2014-cü ilin yanvar ayında dövlət qeydiyyatına alınıb. Bu hüquqi şəxslərin yaranması ölkədə Mənzil Məcəlləsinin tətbiqi və çoxmənzilli binaların idarə edilməsində yeni üsulların təbliği ilə bağlı həyata keçirilir. Fəqət, ölkədə MMMC-lərin fəaliyyətinə nəzarət edən konkret bir qurum yoxdur. Guya idarəetmə və nəzarət binada mülkiyyət payı olan sakinlərə həvalə edilib. Bu da özbaşınalığa, saxtakarlığa yol açır. Məsələn, yaşadığım 9-cu mikrorayon, Mir Cəlal küçəsi 143 A binasını “Binəqədi-38” MMMC idarə edir.
Bu MMMC-nin rəhbərliyi qanunvericiliyin tələblərinə uyğun heç bir yığıncaq-seçki keçirmədən, sakinlərə başqa adla imza atdıraraq MMMC-ni 29 mart 2024-cü ildə Ədliyyə Nazirliyində qeyri-kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına sala bilib. Bu barədə Ədliyyə Nazirliyinə rəsmi müraciət etsək də, bizə yerli məhkəməyə müraciət etmək tövsiyə olunub.
Buradan belə çıxır ki, bir neçə sakin mülkiyyətçilərin yığıncağını keçirmədən digər sakinlərdən imza toplamaqla binanın idarəetməsini asanlıqla ələ keçirə bilər. Çünki qeydiyyata götürən orqan, daxil olan sənədlərin doğruluğunu yoxlamır. Bundan əlavə, artıq iki il beşinci aydır ki, “Binəqədi-38” MMMC VÖEN olmadan fəaliyyət göstərir. Burada çalışan hər kəs, yəni komendant, təmizlik üzrə xadimə, inzibati işçi, mühafizəçilər rəsmi əmək müqaviləsi olmadan çalışır.

 Bu barədə Dövlət Vergi Xidmətinə, Dövlət Əmək Müfəttişliyinə, DOST Agentliyinə dəfələrlə müraciət etsək də səsimizi eşidən yoxdur. Kommunal haqları nəğd və ya da ki, kiminsə adına açılan şəxsi kart hesabına toplanır. Hansı ki, Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.4.5-ci maddəsinə görə stasionar telefon xidmətləri və kommunal xərclərin ödənilməsi yalnız nağdsız hesablaşma qaydasında aparılmalıdır.

Odur ki, “Binəqədi-38” MMMC-nin sədri, həm də SOKAR-KBR-də Boru Kəmərləri Departamentinin meneceri vəzifəsində işləyən Eldar Səfərovun sakinlərə hər ay təqdim etdiyi möhürsüz, imzasız hesabatı da şübhəlidir. Bundan əlavə, binanın sakinləri arasında illərlə kommunal haqqını ödəməyən adamlara qarşı heç bir hüquqi addım atılmır. Sanki Eldar Səfərov özü belə sakinləri qoruyur. Nəticədə, kimlərsə liftlərin, su nasoslarının, mühafizə xidmətinin, təmizləyicinin, daxili və xarici işıqlandırmanın məsrəflərindən müftə istifadə edir. Büdcədən yoxa çıxan vəsaitin hesabatını soruşanda isə, sədr heç bir rəsmi əmək müqaviləsi olmadan, qeyri-qanuni işləyən komendantın üstünə atır. Komendant isə çiyinlərini çəkir. Mülkiyyətçilərlə hesablaşmadan yığılan kommünal haqlarından böyük məbləğ sərf edib mənasız yerlərə xərclənir.

Binada yanğın əleyhinə mərtəbələrdə quraşdırılan bütün avadanlıqlar bərbad haldadır. FHN-ə şikayət edəndə də, sahə üzrə inpektor gəlib faktı təsdiq edir, amma heç bir nəticə olmur. Mərtəbələrdə yanğın əleyhinə avadanlıqlar bərpa olunmur ki, olunmur. Anlaya bilmirəm, binada qəfil yanğın baş verərsə tələf olan insanlara görə kim cavabdehlik daşıyacaq? Bina başdan ayağa avtopilot rejimində idarə olunur. Mənzillərin əksəriyyətində mətbəxlər balkona köçürülüb və mətbəxlərin kanalizasiya sistemi yağış suları üçün nəzərdə tutulan borulara qoşulduğu üçün, binanın müxtəlif yerlərindən süzülən çirkab sular blokdakı sahələrə dolur. Binada elektrik maşınlarının şarj edilməsi üçün qeyri qanuni quraşdırılan avadanlıqların qarşısını almaqdan ötrü MMMC-nin rəhbərliyi heç bir iş görmür.

Şikayət edəndə də MMMC-nin sədri və idarə heyəti sayğısızlıq göstərib cavab vermək istəmir. Ümummülkiyyətə aid olan sahələrdə avtomobillərin parkinq edilməsi qanunla qadağan olsa da, həmin yerlərdə MMMC-nin sədri Eldar Səfərovun çevrəsində olan şəxslər avtomobillərini parkinq edir. Binanın su anbarı illərlə təmizlənib dizinfeksiya olunmur. Zirzəmilərdə qarajların jalyüzlə bağlanması isə yanğın zamanı tüstünün qatılaşmasına bir zəmindir…

Nə isə, birdirmi, ikidirmi “Binəqədi-38” MMMC-nin problemləri, saymaqla bitməz. Haraya şikayət etsən də nəticəsi olmur ki, olmur. İctimailəşdirdim ki, bəlkə kimsə bu qeyri-qanuni fəaliyyətin qarşısını ala bilər. Qanuni dövlətdə belə bir qanunsuz qurum olar???

Elman Eldaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:430
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Avqust 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri