SOCAR qazma əməliyyatlarında yeni rekord göstərici əldə edib
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında "Kompleks qazma işləri" tresti (KQİT) bu ilin plan-qrafikinə uyğun olaraq növbəti qazma əməliyyatı həyata keçirərək, 2025-ci ildə əldə etdiyi rekordu yeniləyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Qərbi Abşeron" yatağında yerləşən 28a saylı yan lülə quyusu SOCAR tarixində bu günədək ən uzun horizontal açıq lüləylə (522 metr) tamamlanan quyu kimi qeydə alınıb.
Bundan əvvəlki rekord göstərici (515 metr) 2025-ci ilin sonlarında eyni yataqda qazılmış 25a saylı quyuda qeydə alınıb. Bununla KQİT, yeni bir rekorda imza atıb.
Quyuda qazma prosesi Geoloji Xidmət tərəfindən təqdim edilmiş faktiki karotaj məlumatları əsasında və verilmiş tapşırıqlara uyğun olaraq geonaviqasiya müşayiəti (geosteering) xidməti formatında həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 26 Yanvar 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















