Icma.az
close
up
RU
Elçin İbadov: “SOCAR Türkiyə”nin əməliyyatlarında 10 mindən artıq insan çalışır AZƏRTAC

Elçin İbadov: “SOCAR Türkiyə”nin əməliyyatlarında 10 mindən artıq insan çalışır AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

İstanbul, 6 yanvar, Günel Karatepe, AZƏRTAC

Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye qrupu “SOCAR Türkiyə” eyni zamanda Əliağadakı bütün törəmə müəssisələrini əhatə edən ərazisi üçün Türkiyədə "Xüsusi Sənaye Zonası" adını alan ilk şirkət olub. Burada fəaliyyət göstərən işçilərin sayı təxminən 5 min 600 nəfərdir. Podratçı şirkətlərin işçiləri də daxil olmaqla “SOCAR Türkiyə”nin əməliyyatlarında 10 min nəfərdən artıq insan çalışır. “SOCAR Türkiyə” TANAP-da 7 faiz paya sahibdir və şirkətin idarə olunmasında aktiv iştirak edir.

AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov bildirib.

STAR Neft Emalı Zavodu (NEZ) haqqında danışan baş icraçı direktor 2018-ci ildə beynəlxalq mərasimlə fəaliyyətə başlayan bu qurumun emal və neft-kimya inteqrasiyasını təmin etdiyini və Türkiyədə bir sahəyə edilən ən böyük real sektor investisiyası olduğunu deyib. Bildirilib ki, STAR NEZ Türkiyənin ilk “Strateji İnvestisiya Təşviqi” Sertifikatına sahibdir və 2024-cü ilin sonundan etibarən qurum tərəfindən xam neftin emal həcmi ildə 13 milyon tona çatdırılıb. 2023-cü ildə istehsal gücündən istifadə əmsalı 117,1 faiz təşkil edən

STAR NEZ-də dizel, nafta, aviasiya yanacağı və LPG kimi müxtəlif neft məhsulları istehsal edilir və 2023-cü ildə Türkiyənin emal olunmuş neft məhsullarına olan ehtiyacının təxminən 18 faizini qarşılayıb.

STAR NEZ-in istehsal etdiyi illik nafta ilə “Petkim”in xammal ehtiyacı demək olar ki, tam olaraq ödənilir. 2021-ci ildə Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network” platformasına qoşulan ilk neft emalı zavodu olmuş STAR NEZ Egey Zonası Sənaye Palatasının (EBSO) 2023-cü il üzrə “100 ən böyük şirkət” siyahısında birinci yerdə qərarlaşıb. STAR NEZ 2023-cü ildə İstanbul Sənaye Palatası tərəfindən hazırlanan “Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi” araşdırmasında üçüncü, “Capital” jurnalının hər il Türkiyənin ən böyük şirkətlərini açıqladığı “Capital 500” siyahısında 11-ci Türkiyənin ən yaxşı 500 şirkətinin sıralandığı prestijli “FORTUNE 500 Türkiyə 2023 araşdırması”nda isə 11-ci yeri tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Yanvar 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see175

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see168

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see141

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri