Icma.az
close
up
RU
“SOCAR Türkiyə” beşillik strateji hədəflərini açıqlayıb səmərəli xidmət, dayanıqlılıq və gələcəyin enerjisi AZƏRTAC

“SOCAR Türkiyə” beşillik strateji hədəflərini açıqlayıb səmərəli xidmət, dayanıqlılıq və gələcəyin enerjisi AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İstanbul, 6 yanvar, Günel Karatepe, AZƏRTAC

Türkiyədə yanacağın, xam neftin, aviasiya və dəniz yanacaqlarının topdan və pərakəndə satışı üzrə fəaliyyət göstərən “SOCAR Petrol Ticarət” bu qurum tərəfindən idarə olunan 14, dilerlər tərəfindən idarə olunan 129 yanacaqdoldurma məntəqəsi ilə istehlakçılara xidmət göstərir. Bunlardan səkkizi İstanbulun yeni hava limanında, ikisi Şimali Mərmərə şosesində, ikisi İzmirin Əliağa rayonunda, biri Kocaeli şəhərinin Şekerpınar qəsəbəsində, biri isə Yalova şəhəri RO-RO Gömrük Terminalında yerləşir.

AZƏRTAC xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin 2024-cü ildəki fəaliyyəti və qarşıdakı hədəflərinə dair keçirilən mətbuat konfransında baş icraçı direktor Elçin İbadov bildirib.

“SOCAR Türkiyə” qrupuna daxil olan şirkətlər barədə geniş məlumatın təqdim olunduğu mətbuat konfransında bildirilib ki, neft məhsulları və mayeləşdirilmiş neft qazının çənlərdə saxlanması, quru və dəniz tankerlərinə doldurulması, dəniz tankerlərindən çənlərə axıdılması kimi fəaliyyətləri həyata keçirən “SOCAR Depolama” Egey bölgəsinin ən böyük saxlanc terminalı və Türkiyənin 5 ən böyük saxlanc terminalından biridir. Bölgədə yanacaq və LPG-nin eyni yerdə işləndiyi yeganə saxlanc olan şirkət 530 min kubmetr yanacaq məhsulları və 45 min kubmetr LPG saxlama qabiliyyətinə malikdir.

2019-cu ilin dekabr ayında yaradılmış “SOCAR Ar-İn ve İnnovasiya A.Ş.” mərkəzi 1200 kvadratmetr ərazini əhatə edir və reologiya, katalizator, polimer xarakteristikası, ətraf mühit və biotexnologiya, kimyəvi analiz və xromatoqrafiya sahələrində xidmət göstərən 6 laboratoriyaya malikdir. “SOCAR Ar-İn” Aİ tərəfindən dəstəklənən 6 layihə üçün (HORIZONEUROPE) 1,3 milyon ABŞ dolları və 3 milli layihə üçün (TÜBİTAK) 560 min ABŞ dolları məbləğində qrant dəstəyi alıb.

“SCR Müşavirlik ve İnşaat A.Ş.” Emal və Neft-Kimya Biznes Vahidi çərçivəsində olanlar istisna olmaqla, “SOCAR Türkiyə” daxilindəki bütün şirkətlərin inzibati təşkilati işləri çərçivəsində layihələndirmə, geniş təmir və tikinti proseslərinin həyata keçirilməsi və nəzarəti, “SOCAR Türkiyə” Xüsusi Sənaye Zonasında bütün daşınmaz əmlakların idarə edilməsi prosesləri və bütün inzibati və sənaye tikililərinin lisenziya və icazələri kimi fəaliyyətləri həyata keçirir.

Şirkətin həyata keçirdiyi mühüm layihələr arasında Vadi İstanbul SOCAR Plaza, “SOCAR Türkiyə” Əliağa İdarəetmə Binası, SOCAR İnformasiya və Sənəd Dövriyyəsi Mərkəzi, SOCAR Ankara Ofisi, Radisson İzmir Aliağa Oteli və Petkim yeməkxanası var.

Elçin İbadovun sözlərinə görə, 2019-cu ildə Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisələrinin alınması ilə fəaliyyətə başlamış “SOCAR Türkiyə” Təbii Qaz Biznes Vahidi bundan sonra “Bursagaz” və “Kayserigaz” paylayıcı şirkətlərin səhmlərinin 80 faizi, “SOCAR Enerji Ticarət A.Ş.” adlanan qaz və enerjinin topdan satış və ticarət şirkəti (100 faiz mülkiyyət) aktivləri ilə “SOCAR Türkiyə” çətiri altına keçib.

Türkiyəyə alternativ mənbədən qaz gətirən tək özəl sektor subyekti olan “SOCAR Türkiyə” aktivləri olmayan enerji şirkətləri arasında 350 MW-dan çox satış və ticarət həcmi ilə önə çıxır. 2023-cü ildən etibarən, enerji ticarətinin əhatə dairəsi ənənəvi məhsullardan kənara çıxaraq, Gürcüstan və Bolqarıstan tərəfdaşları ilə sərhədli ticarət fəaliyyətləri ilə genişlənib.

2019-cu ildə yaradılmış “SOCAR Türkiyə” Təbii Qaz İnvestisiya Qaz Yatırım A.Ş. qaz idxalı, qaz və elektrik enerjisinin topdan satışı və qazpaylayıcı biznes sahəsində fəaliyyət göstərir.

Baş icraçı direktor bildirib ki, “SOCAR Enerji Ticarət” elektrik və qazın topdan satışı bazarında Türkiyənin ən böyük özəl sektor oyunçularından biridir. 2023-cü ildə elektrik enerjisinin ümumi ticarət və satış həcmi 21,2 terawatt saata çatıb. 2024-cü il yanvar-sentyabr statistikasına görə elektrik və qaz seqmentlərinin ümumi ticarət və satış həcmi 14 terawatt saata yüksəlib. “SOCAR Enerji Ticarət” 2021-ci ildən etibarən yaşıl xidmətlər və məhsullar təqdim etməkdədir. Bu məqsədlə 2021-ci ildən bəri karbonsuzlaşma strategiyasına uyğun olaraq, bərpaolunan enerji sertifikatlarının verilməsi yolu ilə ümumilikdə 1.4 TWh güc satışı həyata keçirilib.

Mətbuat konfransında “SOCAR Türkiyə” şirkətlər qrupuna daxil Liman Əməliyyatları (SOCAR Terminal və Petlim), Türkiyədə telekommunikasiya şirkətləri və müəssisələrinə əsas şəbəkə xidmətləri təqdim etmək üçün dizayn edilən “SOCAR Fiber”, şirkətin daxili sığorta brokeri olaraq təsis edilən “SOCAR Broker”, “SOCAR Gəmi Agentliyi” kimi layihələr haqqında da məlumat verilib.

Sonra şirkətin beşillik strateji hədəfləri barədə danışan baş icraçı direktor qeyd edib ki, bunlara yüksəksəviyyəli inteqrasiya olunmuş emal və neft-kimya şirkəti olmaq, təbii qaz və elektrik təchizatında fasiləsiz və səmərəli xidməti təmin etmək, korporativ dəyəri artırmaq, dəyər yaratmağa davam etmək, dayanıqlılıq və gələcəyin enerjisi ilə böyümək daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Yanvar 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri