“SOCAR Türkiyə” “GAMA Enerji”nin Həmdövrəli buxar qaz turbin tipli elektrik stansiyasını satın alıb
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda Türkiyənin ən böyük birbaşa xarici investoru və inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə” ilə “GAMA Enerji A.Ş.” arasında razılaşdırılmış satış müqaviləsinin imzalanma mərasimi keçirilib.
SOCAR-dan XQ-yə bildirilib ki, müqavilə Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 12-ci iclası çərçivəsində keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumu zamanı imzalanıb.
Sənədə əsasən, tərəflər arasında Türkiyənin Kırıkkale şəhərində yerləşən Mərkəzi Anadolu Həmdövrəli buxar-qaz turbin tipli Elektrik Stansiyasının alqı-satqısı üzrə proses tamamlanıb.
870 MVt istehsal gücünə malik olan Mərkəzi Anadolu Həmdövrəli buxar-qaz turbin tipli Elektrik Stansiyası Türkiyənin strateji enerji mərkəzlərindən biri kimi elektrik təchizatı təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. “SOCAR Türkiyə” bu satınalma ilə mövcud enerji təchizatı və ticarət əməliyyatlarını gücləndirərək istehsal fəaliyyəti ilə inteqrasiya olunmuş, dayanıqlı və rəqabətqabiliyyətli dəyər zənciri formalaşdırmaqda davam edir.
SOCAR-ın prezidenti Rövşən Nəcəf mövzu ilə bağlı açıqlamasında deyib: “SOCAR olaraq dost və qardaş Türkiyədəki investisiya qərarlarımızı uzunmüddətli strateji hədəflər və dayanıqlı dəyər yaratma prinsipi əsasında formalaşdırırıq. Həyata keçirdiyimiz bu satınalmanın “SOCAR Türkiyə”nin bazar dayanıqlılığını uzunmüddətli perspektivdə artıracağına inanırıq. Bu investisiya nəticəsində təbii qazdan elektrik enerjisi istehsalı ilə bağlı strategiyamız çərçivəsində mühüm addım ataraq, təbii qazın həm Türkiyə iqtisadiyyatına töhfə verməsini, həm də qrup şirkətimiz üçün daha səmərəli vəziyyətə gətirilməsini hədəfləyirik”.
Qeyd edək ki, bu investisiya ilə birgə “SOCAR Türkiyə”nin enerji bazarındakı mövqeyinin istehsaldan son istehlakçıya qədər uzanan dəyər zənciri çərçivəsində gücləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, portfel idarəçiliyi, əməliyyat tələbləri və miqyas iqtisadiyyatı sahələrində optimallaşdırmanın təmin edilməsi hədəflənir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 23 Dekabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















