SOCAR Türkiyəyə 7 milyard dollar sərmayə qoymağı planlaşdırır
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
SOCAR Türkiyənin enerji sektoruna əlavə 7 milyard dollar sərmayə qoymağı planlaşdırır.
"Sherg.az" MiddleEastEye-a istinadən xəbər verir ki, SOCAR-ın neft emalı və neft-kimya biznes bölməsinin prezidenti Kənan Mirzəyev bildirib ki, şirkət Türkiyədə yeni neft-kimya müəssisələrinin yaradılmasına təxminən 7 milyard dollar ayırmağı planlaşdırır.
“Socar Turkey” şirkətinin baş direktoru Elçin İbadov isə bildirib ki, şirkət son 17 ildə 18,5 milyard dollarlıq sərmayə qoyaraq Türkiyənin ən böyük xarici investoru olub.
“Socar Turkey-də 10 mindən çox insan çalışır. Bu, Türkiyədə məşğulluğa böyük töhfə verir”, - deyə o qeyd edib.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan gündə təxminən 214 min barel neft emal gücünə malik Socar Star Neft Emalı Zavodunu yaratmaqla Türkiyəyə ən böyük birdəfəlik xarici sərmayəsini qoyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 06 Yanvar 2025 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















