Icma.az
close
up
RU
Sofi Şoll və dörd gün…

Sofi Şoll və dörd gün…

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

22 yaşlı antifaşist Sofi Şoll qardaşı Hans ilə birlikdə 1943-cü ilin 18 fevralında gestapo tərəfindən həbs olunur. İstintaq üç gün, məhkəmə üç saat çəkir. Həbsdən cəmi dörd gün sonra bacı və qardaş Münhendə gilyotində edam edilir.

Onlar nasist Almaniyasında fəaliyyət göstərən «Ağ qızılgül» təşkilatının üzvləri idi. Hitlerə qarşı əldə silah yox, vərəqələrlə mübarizə aparırdılar. Stalinqrad döyüşündə uduzmuş Reyxin rəhbərlərinin hansı panik qorxuya düşdüyünü adi mətnə görə tələm-tələsik edam edilən gənclərin dəhşətli sonluğu əyani sübut edir.

Onların məhkəməsində Reyxin Məhkəmə palatasının sədri, ən amansız cəlladlardan biri olan Roland Fraysler hakimlik edirdi. Fraysler gəncliyində kommunist partiyasının üzvü olmuşdu, neofitlər isə hər an yeni sahiblərinin gözündən düşə bilmək qorxusu ilə yaşadıqlarından ən çirkli işləri həvəslə yerinə yetirməkləri ilə seçilirlər. Frayslerin sonu da simvolik oldu - 1945-ci ilin fevralında Hitlerə qarşı sui-qəsddə iştirak etmiş müttəhimlərə hökm oxumağa hazırlaşanda məhkəmə binası bombalandı. Və Fraysler hökmü səsləndirməmiş öz ölüm hökmünü aldı. Ancaq onun sonu qayda yox, daha çox istisna oldu.

Sofi Şollun məhkəməsində isə müttəhimləri hər imkanda alçaltmaqdan özünü saxlaya bilməyən bu isterik tipin oxuduğu ittiham bu cür səslənirdi: «Müttəhimlər Reyxin düşmənlərinin xeyrinə fəaliyyət göstərərək ölkəmizin müdafiə qabiliyyətini zəiflədiblər. Bu cinayəti öz həyatları ilə yumalıdırlar. Onlar çoxdan öz vətəndaş qürurlarını itiriblər».

Üstündən illər keçdi, 2003-cü ildə Almaniyada 300 namizəd arasından «Ən böyük alman»ı seçdilər. Sofi və Hans Şoll həmin nominasiyada Konrad Adenauer, Martin Lüter və Karl Marksdan sonra dördüncü yeri tutdu. Elə həmin vaxt alman jürnallarından birinin sorğusunun nəticələrinə görə Sofi Şoll «XX əsrdə ən məşhur alman qadın” seçildi. 1980-cı ildən başlayaraq Almaniyada Sofi və Hans Şollun adına ədəbiyyat mükafatı təqdim olunur.

Sofi Şollu yoxluqdan və unudulmaqdan ilk növbədə kinematoqraf qurtardı. Hələ 1980-cı illərdə "Ağ qızılgül” təşkilatının fəaliyyəti haqda iki bədii film çəkildi. Daha bir film isə 2005-ci ildə ekranlara çıxdı. Rejissor Mark Rotemundun çəkdiyi sonuncu film "Sofi Şollun son günləri” adlanır. Əvvəlki filmlərdən fərqli olaraq, burada hadisələr yalnız antifaşistlərin həbsindən edamına qədərki dörd günü əhatə edir.

***   

Film 1943-cü ilin 17 fevral günündən başlayır. Onlar Münhen universitetindən təhsil alırlar - Hans həkim, Sofi isə bioloq olmağa hazırlaşır. Yeniyetməlik illərində hər ikisi nasist gənclər təşkilatının üzvü olublar. Ancaq Hansın müharibədə gördükləri, Sofinin ətrafında cərəyan edən hadisələrdən çıxardığı nəticələr sonunda onları antifaşist edir. Stalinqrad döyüşlərində 300 min alman gəncinin həlak olması isə onları Hitlersiz Almaniya uğrunda təbliğatı gücdəndirməyə vadar edir. 

Fevralın 18-də universitetdə vərəqələr yayarkən ələ keçirlər. Baş verənlər ilk anda elə də dəhşətli final vəd etmir. Vaxtilə Hitleri tənqid etdiyinə görə onların ataları da, Hans da bir neçə aylıq həbs yaşayıblar. Ancaq indi vəziyyət tamamilə başqadır. Gestaponun gözünə hər yerdə millətin düşmənləri və casuslar görünür.

Sonra bizə Sofi Şoll ilə müstəntiq Morun ağıl savaşı təşdim olunur. Ümumiyyətlə, filmdə dialoqlar və mimikaların zənginliyi var. Və o vaxt ki qəhrəmanlar susur, baxışlar danışır. Bu, filmə müəyyən pafos qatsa da, taleyinin son akkordlarını dik baxışları ilə ifa edən Sofiyə inanmaq istəyirsən - hər şey məhz bu cür də olub.

Müstəntiqlə dustağın dialoqları cəmiyyətdə və düşüncələrdə ifrat qütbləşməni illüstrasiya edir. Bir tərəfdə gənc qız əməl oriyentiri kimi vicdanı göstərirsə, digər tərəf irqçiliyə, millətçiliyə, hətta qazla boğularaq öldürülən uşaqların kütləvi qətlinə inamla haqq qazandırır. Fasiləsiz təbliğat və gündəlik mövcudluğun diqtə etdiyi şərtlər kütləvi psixozu normal (hətta "mütərəqqi”) davranış formasına çevirib. İçini sarsıdan üşütmə ilə hiss edirsən ki, burada vərəqələrlə mübarizə ən qeyri-effektiv metoddur, əks tərəfin qeyri-məhdud gücü həm də nasizmin müddəalarına ifrat inamla möhkəmlənib.

«Sən 1920-ci illərdəki səfalətdən xəbərsizsən. Fürer alman xalqını xilas edib”, - müstəntiq deyir. "Parazitlər! Fürerin sayəsində təhsil alırsınız”, - məhkəmədə hakim Fraysler qışqırır. Və son sözündə "Bu gün bizi edam edirsiniz, sabahsa özünüzü edam edəcəklər” deyən Hans Şollun cümlələri gələcəyə əsassız bir ümid kimi səslənir. Çünki, onları satan Yakob Şmid müharibədən sonra bir müddət həbsdə qalır, sonra isə sərbəst buraxılır, təqaüdü də, hüquqları da bərpa olunur. Onların cəlladı Yoxan Rayxxart heç həbs də olunmur, 80 il yaşayır, 1972-ci ildə ölür, müsahibəsində üç mindən çox insanı edam etdiyini təsdiqləyir. Və əgər Fraysleri təsadüfən bomba tapmasaydı, bəlkə müharibədən sonra bundestaqın deputatı olacaqdı, ya da ABŞ-da sakitcə mövcudluq keçirəcəkdi.

Odur ki, filmin son kadrı simvolikdir: qapqara ekranda gilyotinin enən bıçağının səsi. Onillər sonra ekran yenə qaradır, dirçələn neonasizm isə yeni hökmlərə hazırlaşır.

Ancaq yenə də Sofi Şollun son sözü qulaqlardadır: «Günəş hələ batmayıb».

Və filmi seyr edənlərə utancaqlıqla arzulamaq qalır - bəlkə nə vaxtsa tarix yenə qəhrəmanlıq tələb edəcək. Bu «nə vaxtsa»nın nə vaxt gələcəyini düşünmək istəməyənlər Sofi kimi təklərdən bəhs edən filmlərlə «iradə»lərini möhkəmlədir və onların nümunəsindən riqqətə gəlirlər. Guya ki, bunun bir mənası var. Sadəcə və vəssalam…

Məmməd Süleymanov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Fevral 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri